Qusman vəzifəsindən azad edilib və təbii ki…



Şuşa Qlobal Media Forumuna qatıldığı üçün…



Mixail Qusman Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Bundan əvvəl Qusmanı Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi foruma getdiyi üçün Z-təbliğatçıları tənqid etmişdilər.

Qeyd edək ki, Qusman 30 ilə yaxın TASS-da işləyib. O, işdən çıxarılmasından bir neçə gün əvvəl Azərbaycanda Şuşa Qlobal Media Forumunda olub.

Orada TASS rəhbərinin birinci müavini ölkə prezidenti İlham Əliyevə sual verib və qeyd edib ki, Bakı “tamamilə unikal xarici siyasət” aparır.

Təbii ki, bundan sonra Z-təbliğatçıları tənqidlə Quzmana hücum edib. Onu “rusofobiya”da ittiham etdilər. “Komsomolskaya Pravda” qəzetinin “müharibə müxbiri” Aleksandr Kots hətta Qusmanın “Azərbaycan Prezidenti qarşısında baş əyməyə getdiyini” bildirdi.

İyulun 24-də əsas müharibə tərəfdarı olan “Two Majors” kanalı Qusmanın istefası xəbərinə müsbət cavab verib və bunu həm də Azərbaycana səfəri ilə əlaqələndirib.

Əli Babayev

Əlaqəli Xəbərlər