Tramp Rusiya ilə nüvə tərksilahını müzakirə etməyə hazır olduğunu bildirib


ABŞ prezidenti Donald Tramp TASS-a açıqlamasında bildirib ki, Amerika tərəfi Rusiya ilə nüvə tərksilahı perspektivlərini müzakirə etmək niyyətindədir.

SİA xəbər verir ki, onun sözlərinə görə, Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin tezliklə başa çatması qlobal ictimaiyyət üçün problemdir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırladıb ki, Rusiya nüvə doktrinasının bütün müddəaları, o cümlədən nüvə ölkələrinin qeyri-nüvə dövlətlərini “təhrik etmək” məsuliyyəti qüvvədə qalır.

O qeyd edib ki, Moskva bütün maraqlı tərəfləri birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılması üçün Kiyevə təzyiq göstərməyə çağırır.

Aprelin sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Qərbin ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan qeyri-dost hərəkətləri halında Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Əli Babayev

Əlaqəli Xəbərlər