Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub. Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu…

Daha çox

Pentaqon miqrantlarla mübarizə üçün qubernatorlara 1700 hərbçi təhkim edib

ABŞ Müdafiə Nazirliyi qanunsuz miqrantlarla mübarizədə Miqrasiya və Gömrük Polisi (ICE) ilə işləmək üçün ştat qubernatorlarının tabeliyinə 1700 hərbçi verib. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. “Müdafiə Nazirliyi miqrasiya qanunvericiliyinin təmin edilməsi missiyasında Miqrasiya və Gömrük Polisinə dəstək verən hərbçilərin statusunda dəyişiklik edildiyini elan edib. Xidmət edənlərin statusu 10-dan 32-yə dəyişdiriləcək. Dəyişiklik 1200 təyin edilmiş əməkdaşla yanaşı, 500 əlavə əməkdaşı da əhatə edəcək”, – məlumatda bildirilir. Bu qərar hərbçilərə ICE tərəfindən saxlanılan şəxslərlə birbaşa qarşılıqlı əlaqə saxlamağa imkan verəcək. Amerikalı hərbçilər üçün 10 statusu…

Daha çox

Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır

Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir. Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib. İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr…

Daha çox

SOCAR-ın bu il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. Toplantıda şirkətin 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib, ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.

Daha çox

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib. Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir: “Nəzərə almaq…

Daha çox

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,3 % azalaraq 69,48 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dolları və ya 1,3 % azalaraq 68,23 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. COP29-da iştirak etmək üçün keçən il Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra…

Daha çox

Tramp Avropaya miqrasiyanı dayandırmağı tövsiyə edib…

ABŞ prezidenti əks halda fəlakət olacağını bildirib… …Avropalılar kütləvi miqrasiyanı dayandırmalıdırlar, əks halda artıq onların Avropası olmayacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp iyulun 25-də Şotlandiyaya səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, avropalılar immiqrasiya məsələsində “özlərini birləşdirməlidirlər”, əks halda “artıq onların Avropası olmayacaq”. O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar son bir ay ərzində ölkəsinə bir dənə də olsun qeyri-qanuni immiqrantı buraxmayıb və həmçinin “bir çox pis insanları qovub”. …Lakin siz avropalılar öz ölkələrində bunun baş verməsinə…

Daha çox

Naxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır

Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən mərkəzi və kənd daxili avtomobil yolları əsaslı təmir ediləcək. SİA xəbər verir ki, “Naxçıvan Yol Təchizat” MMC bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Elta Development” QSC-dir. Şirkət görəcəyi işlərə görə 45 milyon 672,5 min manat ödəniş alacaq.

Daha çox