Misirdən Qəzzaya 100-dən çox humanitar yardım maşını daxil olub

Cümə günü Misirdən Qəzza zolağına daha 117 humanitar yardım maşını daxil olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Yük maşınları ilə hansı növ humanitar yardımın çatdırıldığı barədə məlumat verilməyib. Daha əvvəl telekanal bu müddət ərzində anklava un, uşaq qidası və digər ərzaq məhsulları daşıyan 161 yük maşınının daxil olduğunu bildirmişdi.

Daha çox

Azərbaycana Yaxın Şərqdən turist axını iyunda 32 % azalıb

Bu ilin iyun ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 22 600 turist səfər edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 32 % azdır. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Səudiyyə Ərəbistanından 10 392 nəfər (- 29 %), İsraildən 3446 nəfər (-18 %), Küveytdən 2 135 nəfər (-39%), BƏƏ-dən 1 893 nəfər (-49 %), Omandan 1356 nəfər (-52 %), Misirdən 736 nəfər (-22 %), İordaniyadan 1 008 nəfər (-12 %), İraqdan 529nəfər (-21 %), Bəhreyndən 465 nəfər (-34 %), Yəməndən 1 143 nəfər (+10 %),…

Daha çox

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də…

Daha çox

Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır

Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtı kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir. “Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna – red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail…

Daha çox

ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik

Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi: “Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur”. H.Hacıyev əlavə edib…

Daha çox

AYNA Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil edəcək

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb. Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq: “Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”. Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək: “Koroğlu” m/st (Nəqliyyat Mübadilə Mərkəzi) “Qara Qarayev” m/st “28 May ” m/st “20 Yanvar” m/st Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

Daha çox

Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur. “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi – red.) ilə başladı. Qəza Rusiyanın…

Daha çox