Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir

Tailand Kamboca ilə sərhəddəki münaqişənin sülh yolu ilə həllində israr edir. SİA xəbər verir ki, bu barədə EFE agentliyi Tailandın xarici işlər naziri Maris Sanqiamponqsanın sözlərinə istinadən xəbər verir. “Tailand mübahisələri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll etməyə hazır olduğunu təsdiqləyir”, – o bildirib. Ötən gün Tailandın sərhəd komandanlığı Kamboca ilə sərhəddə yerləşən Çanthaburi və Trat əyalətlərinin səkkiz bölgəsində hərbi vəziyyət elan edib. Son məlumatlara görə, qarşıdurma nəticəsində Tailandda 13-ü mülki şəxs, 6-sı hərbçi olmaqla 19 nəfər, Kambocada isə 13 nəfər, o cümlədən 8 mülki şəxs və…

Daha çox

Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkili üzrə seminar keçirilib

Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, nazirliyin Hərbi Polis İdarəsində keçirilən seminarda 2024-2025-ci illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub. Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması, qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də…

Daha çox

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir. “Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – o vurğulayıb.

Daha çox

Öcalanın “sağ əli” Veysi Aktaş 31 ildən sonra azadlığa buraxılıb

PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb. Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları…

Daha çox

Almaniya Cənubi Qafqazın iqtisadi transformasiyasına böyük töhfə verə bilər

Almaniya Cənubi Qafqazda iqtisadi transformasiya prosesinə mühüm töhfə verə bilər. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. “Almaniya regionda yüksək nüfuza malikdir. Prezident Frank-Valter Ştaynmayer bu yaxınlarda Bakıda olub – Azərbaycanda ona böyük hörmət var. Qeyd etmək lazımdır ki, Almaniya təkcə sülh siyasəti sahəsində deyil, həm də xüsusilə Cənubi Qafqazın iqtisadi transformasiyası sahəsində daha çox iş görə bilər. Almaniya Avropa İttifaqında iqtisadi baxımdan supergüc və dünyanın aparıcı iqtisadiyyatıdır. Almaniya şirkətlərinin daha fəal olacağını…

Daha çox

Rusiya FHN Saratovda partlayış nəticəsində yeddi nəfərin öldüyünü təsdiqləyib

Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır”, – məlumatda bildirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.

Daha çox

Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük

Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyaları görünür. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, artıq regiondakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var: “Biz erməni cəmiyyətindəki revanşizmin yeni dalğasına qarşı çox diqqətli olmalıyıq. Görürük ki, artıq regionumuzdakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var. Biz yeni reallıqları sarsıtmaq tendensiyalarını və erməni gənclərinin yeni qarşıdurmalar və müharibələr üçün necə indoktrinasiya edildiyini görürük. Bu tamamilə qəbuledilməzdir. Buna görə də…

Daha çox

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub. Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu…

Daha çox

Pentaqon miqrantlarla mübarizə üçün qubernatorlara 1700 hərbçi təhkim edib

ABŞ Müdafiə Nazirliyi qanunsuz miqrantlarla mübarizədə Miqrasiya və Gömrük Polisi (ICE) ilə işləmək üçün ştat qubernatorlarının tabeliyinə 1700 hərbçi verib. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. “Müdafiə Nazirliyi miqrasiya qanunvericiliyinin təmin edilməsi missiyasında Miqrasiya və Gömrük Polisinə dəstək verən hərbçilərin statusunda dəyişiklik edildiyini elan edib. Xidmət edənlərin statusu 10-dan 32-yə dəyişdiriləcək. Dəyişiklik 1200 təyin edilmiş əməkdaşla yanaşı, 500 əlavə əməkdaşı da əhatə edəcək”, – məlumatda bildirilir. Bu qərar hərbçilərə ICE tərəfindən saxlanılan şəxslərlə birbaşa qarşılıqlı əlaqə saxlamağa imkan verəcək. Amerikalı hərbçilər üçün 10 statusu…

Daha çox

Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır

Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir. Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib. İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr…

Daha çox