Bazar gününün havası açıqlanıb
Daha çoxDay: July 26, 2025
SOCAR-ın bu il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. Toplantıda şirkətin 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib, ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.
Daha çoxNazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib. Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir: “Nəzərə almaq…
Daha çoxAzərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,3 % azalaraq 69,48 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dolları və ya 1,3 % azalaraq 68,23 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxPrezident İlham Əliyev Maldiv liderini təbrik edib
Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. COP29-da iştirak etmək üçün keçən il Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra…
Daha çoxTramp Avropaya miqrasiyanı dayandırmağı tövsiyə edib…
ABŞ prezidenti əks halda fəlakət olacağını bildirib… …Avropalılar kütləvi miqrasiyanı dayandırmalıdırlar, əks halda artıq onların Avropası olmayacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp iyulun 25-də Şotlandiyaya səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, avropalılar immiqrasiya məsələsində “özlərini birləşdirməlidirlər”, əks halda “artıq onların Avropası olmayacaq”. O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar son bir ay ərzində ölkəsinə bir dənə də olsun qeyri-qanuni immiqrantı buraxmayıb və həmçinin “bir çox pis insanları qovub”. …Lakin siz avropalılar öz ölkələrində bunun baş verməsinə…
Daha çoxNaxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır
Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən mərkəzi və kənd daxili avtomobil yolları əsaslı təmir ediləcək. SİA xəbər verir ki, “Naxçıvan Yol Təchizat” MMC bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Elta Development” QSC-dir. Şirkət görəcəyi işlərə görə 45 milyon 672,5 min manat ödəniş alacaq.
Daha çoxNaxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. SİA-nın məlumatına görə, şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Daha çoxMütəxəssis bu ucuz işlənmiş avtomobilləri almağı məsləhət görür…
Ən yaxşı 4 avtomobilin adı açıqlanıb… …Ucuz işlənmiş avtomobillər təkrar bazarda çox populyardır. Onların arasında ən sərfəlisi yığcam ölçülərinə görə şəhər avtomobilləridir. Bunlar ekspertin satın almağı məsləhət gördüyü dəqiq modellərdir. SİA-nın məlumatına görə, şəhər avtomobilləri məhdud yerlərdə istifadə rahatlığı təklif edir. Gənc sürücülər bunu faydalı hesab edirlər. Express isə ekspertlərin fikrincə ən yaxşı təkliflərdən bəhs edir. Bu avtomobillər sözün əsl mənasında istənilən sürücü üçün uyğundur. Bundan əlavə, bunlar büdcə ilə almağa dəyər olan işlənmiş avtomobillərdir. Bunlar təkcə rahatlığı və yığcamlığı ilə deyil, həm də etibarlılığı…
Daha çoxQatarda doğan qadın körpəsini tualetə atıb və…
…Qazaxıstandan olan ana qatarda uşaq dünyaya gətirərək onu relslər arasına atıb. SİA xəbər verir ki, bu barədə ölkənin nəqliyyat prokurorluğu məlumat yayıb. Hadisə Qaraqanda-Sortirovoçnaya-Sarıbel hissəsində qatarda baş verib. Şöbədən verilən məlumata görə, qadın sancılar hiss edib və tualetə qaçıb. Doğuş, təbii ki, tibb müəssisəsindən kənarda və lazımi yardım olmadan baş verib. Nəticədə ana yeni doğulmuş uşağı kanalizasiyaya atıb, daha sonra uşaq, relslərin arasına yıxılıb və ağır bədən xəsarətləri alıb. Və təbii ki, sonradan körpəni xilas edə bilməyiblər. Qadın barəsində cinayət işi açılıb. Müstəntiqlər onun psixi xəstəlikdən əziyyət çəkdiyini və doğuşdan…
Daha çox