Meşə yanğınları “Akkuyu” AES-ə yaxınlaşır..?


Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir.

Ərazidə 10 mindən çox Rusiya vətəndaşı işləyir və onlar stansiyanın tikintisində iştirak edirlər.

Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.

Əlaqəli Xəbərlər