Rus xəstəxanada təcili yardımın feldşerinə hücum edib


Sankt-Peterburqda polis xəstəxanaya gedərkən 27 yaşlı təcili yardımın feldşerinə hücum edən 46 yaşlı yerli sakini saxlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. İdarədən verilən məlumata görə, polisə Mariinski xəstəxanasından zəng daxil olub.

Hadisə yerinə gedən həkim briqadası bir kişini xəstəxanaya gətiriblər. Lakin o, təcili yardım maşınında həkimi yumruqla döyüb. Sonra o, xəstəxanadan qaçıb.

Hücum edən şəxs artıq istintaqa cəlb edilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı ilə iş açılıb.

Bundan əvvəl Moskvada nəqliyyat təhlükəsizliyi əməkdaşı və onun dostuna atəş açan yeniyetmə saxlanılıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər