Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqlədi


Tailandın baş naziri vəzifəsini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçaiçai bir şərtlə Kamboca ilə barışıq bağlamaq barədə razılığa gəldiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Mən ABŞ Prezidenti Donald Trampla söhbət etdim, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb etdi. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, Tayland ümumilikdə atəşkəslə razılaşır. Bununla belə, Tailand Kambocadan səmimi niyyət görmək istərdi”, – Veçaiçai deyib.

O, Amerika prezidentindən atəşkəs və sonradan münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün ikitərəfli dialoq təşkil etməyi xahiş edib.

İyulun 24-də səhər Tailand və Kamboca sərhədində toqquşmalar başlayıb. Hər iki tərəf mübahisəli Ta Moan Tom məbədi yaxınlığındakı sərhəddə gedən döyüşlərdə bir-birini günahlandırıb. Tailandın Surin əyalətinin hakimiyyət orqanları iddia edir ki, Kamboca yaşayış məntəqələrindən birinə artilleriya zərbəsi endirib. Eyni zamanda Kamboca Müdafiə Nazirliyi bəyan edib ki, Tailand qoşunları səbəbsiz bir işğal həyata keçirib və Kamboca qüvvələri özünümüdafiə üçün cavab verib. Döyüşlər başlayandan sonra Tailand ordusuna məxsus F-16 qırıcısı Kambocadakı hədəflərə hücum edib. Sərhəddə qarşıdurma Taylandın iyulun 23-də Kambocadakı səfirini geri çağırmasından, səfirini Banqkokdan qovmaq qərarına gəlməsindən və qonşu ölkə ilə sərhədi bağlamasından sonra baş verib.

Əlaqəli Xəbərlər