Türkiyədə meşə yanğınları səbəbindən insanlar təxliyə edilir


Türkiyənin dörd vilayətdə meşə yanğınları başlayıb. SİA xəbər verir ki, Bursa, Uşak, Karabük və Kahramanmaraşda yanğınlara havadan və qurudan müdaxilə edilir.

Bursanın üç rayonunda bəzi magistral yollar eləcə də Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Güclü külək səbəbindən yanğının sahəsi genişlənib, sakinlər təxliyə ediliblər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kestel rayonundakı iki kənddən ümumilikdə 1300-dən artıq insanın köçürüldüyünü deyib.

Uşak vilayətində də ehtiyat tədbiri olaraq bir kənd və iki məhəllə təxliyə edilib, bəzi evlərə ziyan dəydiyi bildirilir.

Karabükdə isə artıq dörd gündür yanğınla mübarizə davam edir. Burada isə 18 kənd və 50 məhəllə boşaldılıb.

Kahramanmaraşdakı yanğında 3 ev yanıb, 130 nəfər təhlükəsiz bölgəyə təxliyə edilib.

Əlaqəli Xəbərlər