Yay aylarında ev heyvanlarını küçəyə çıxarmaq onların fiziki və psixoloji sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Əgər heyvan profilaktik prosedurlardan keçməyibsə, yəni ona qurd dərmanı verilməyibsə, parazitlərə qarşı qoruyucu tədbirlər görülməyibsə və vaksinasiya olunmayıbsa – küçəyə çıxarılması həm öz sağlamlığına, həm də ətrafdakılara təhlükə yarada bilər. Yay aylarında parazitlər və virus daşıyıcıları daha aktiv olur”. Bunu SİA-ya açıqlamasında baytar həkim Cansu Məmmədova deyib.
O, həmçinin çimizdirilən heyvanların kondisioner altında saxlanılmasının da riskli olduğunu vurğulayıb: “Çimizdirildikdən sonra dərisi və tükü tam qurumamış heyvanların kondisioner havasına məruz qalması onlarda tənəffüs yolu infeksiyalarına və digər xəstəliklərə səbəb ola bilər. Bu, sahiblərin tez-tez buraxdığı səhvlərdən biridir”.
Baytar, heyvan sahiblərinə aşağıdakı tövsiyələri verir:
“Heyvanlar küçəyə çıxarılmamışdan öncə vaksinlər vurulmalı, parazitə qarşı dərmanlar verilməli və baytar yoxlanışından keçməlidir;
Gəzinti yalnız səhər və axşam saatlarında, havanın nisbətən sərin vaxtlarında aparılmalıdır;
Çimizdirildikdən sonra heyvanın bədəni tam qurumalıdır, əks halda soyuma və infeksion xəstəliklər qaçılmazdır;
Baytar əlavə edib ki, bu sadə qaydalara əməl olunarsa, yay mövsümündə ev heyvanlarının həm sağlamlığı qorunacaq, həm də sahiblər arxayın şəkildə onları gəzdirə biləcəklər.
Müəllif: Fatimə Əliyeva