Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi 2025-ci ilin ilk yarısında Ali Məhkəmədə ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsi, hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyib.
Cari ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin fəaliyyətinin 100-cü ilinin bu ilə təsadüf etdiyini xatırladan Ali Məhkəmənin sədri qəbul olunmuş tədbirlər planına uyğun olaraq, 2025-ci ilin ilk altı ayı ərzində keçirilmiş silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib. Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi praktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar təşkil olunub, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, 2025-ci ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin kollegiyalarında baxılmış işlərə dair, həmçinin 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən bахılıb nəticə verilmiş müxtəlif kateqoriyalı işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə məlumat verilib.
Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda, ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcək.