Türkiyə mədəni irsin davamlı şəkildə qorunması və əsl sahibinə qaytarılması istiqamətində apardığı uzunmüddətli səylərinə daha bir mühüm uğur əlavə etdi. SİA xəbər verir ki, Roma imperatoru Mark Avreliyə məxsus bürünc heykəl, 65 ildən sonra, ABŞ-ın aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində, Burdur vilayətindəki qədim Boubon şəhərindən oğurlandığı yerdən Türkiyəyə qaytarıldı. Heykəl illərlə ABŞ-ın Ohayo ştatındakı Klivlend İncəsənət Muzeyində nümayiş etdirilirdi. Bu uğurlu geri dönüş, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Manhattan Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik İstintaq İdarəsinin birgə səyləri nəticəsində mümkün olub. II–III əsrlərə aid olan bu heykəl, Roma imperatorunun filosof…
Daha çoxDay: July 28, 2025
Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev avqustun 1-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Xətai rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48…
Daha çoxBu il Azərbaycanda 27 sahibkara “Startap” şəhadətnaməsi verilib
Bu ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. SİA KOBİA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət…
Daha çoxDaxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb və onlardan da 28 nəfəri Vətən müharibəsi iştirakçısıdır. V.Eyvazov çıxışında seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini…
Daha çoxBanqkok bazarında silahlı hücum olub – Ən azı 6 ölü
Banqkok bazarında silahlı hücum olub – Ən azı 6 ölü
Daha çoxQazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib
Dövlət Turzim Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. SİA Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib. Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar. Bu ilin I yarısında qeyd olunan…
Daha çoxDSMF sədri Göyçayda vətəndaşları qəbul edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 8 avqust saat 11:00-da Göyçayda bu rayonun sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya DSMF-dən məlumat verilib. Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 1-dək Fondun Göyçay rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Daha çoxKərə yağı adı ilə satılan saxta yağlar: Necə tanıyaq?
“Bazarda “kərə yağı” adı altında təqdim olunan ucuz məhsulların bir çoxu əslində tam olaraq heyvan mənşəli yağ olmayıb, bitki yağları və marqarinin qarışığından ibarət olur. Bu vəziyyət xüsusilə nəzarətsiz şəraitdə açıq şəkildə satılan, standartlara uyğun qablaşdırılmamış məhsullarda daha geniş yayılıb. Mütəxəssislərin müşahidələrinə əsasən, belə hallara əsasən qeyri-rəsmi bazarlarda, kənd təsərrüfatı yarmarkalarında və bəzi kiçik satış nöqtələrində tez-tez rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məhsulun orijinallığını və tərkibini saxtalaşdırmaq üçün tətbiq edilən üsullardan biri belədir: əvvəlcə süddən alınmış…
Daha çoxABŞ-da təyyarə okeana düşüb
ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə Sakit okeana düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir. ABŞ Sahil Mühafizəsi verdiyi açıqlamada iki mühərrikli “Beechcraft”ın San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığını bildirib. Açıqlamada qeyd olunub ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən çıxarılıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Daha çoxSabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq
İyulun 29-da Azərbaycanda 40 dərəcə isti gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan…
Daha çox