Bu yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda – Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edib

İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samiti keçirilib. SİA xəbər verir ki, 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərək, hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib. Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Həmçinin, münaqişələr illər keçdikcə mövcud gender…

Daha çox

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Şəki şəhərində “Slou Fud” beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyası təşkil ediləcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Məlumata görə, tədbirin 5 min nəfəri əhatə edən 3 kv.metrlik arealda keçirilməsi planlaşdırılır. Festival zamanı Bakıdan, həmçinin Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qax rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonundan qonaqların Şəkiyə gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması həyata keçiriləcək.

Daha çox

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

“Beynəlxalq sürücülük vəsiqəsi – bir şəxsin digər ölkələrin ərazisində avtomobil idarə etmək hüququnu təsdiqləyən sənəddir. Bu sənəd, xüsusilə Azərbaycan Respublikasının vətəndaşlarının xarici dövlətlərdə avtomobil idarə etmələrini asanlaşdırmaq məqsədi daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Aslan Əsədov sözlərinə belə davam edib: “Hazırda Azərbaycan Respublikasında vətəndaşlara təqdim edilən sürücülük vəsiqələri milli statusludur. Bu vəsiqələrin üzərində əsasən latın qrafikasında, xüsusilə Azərbaycan və ingilis dillərində məlumatlar yer alsa da, onların xarici ölkələrdə rəsmi tanınması və istifadə olunması bəzən məhdudiyyətlərlə qarşılaşa bilər. Lakin yaxın region ölkələrində – məsələn, Gürcüstan, İran, Türkiyə,…

Daha çox

Hesablama Palatası daha üç dövlət qurumunda yoxlama aparıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. SİA Palataya istinadən xəbər verir ki, iclasda qurumun I yarımildə fəaliyyəti müzakirə edilib, müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb. Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar…

Daha çox

Hikmət Hacıyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub. SİA İran KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar. Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.

Daha çox

Körpə Bələmək – Qədim Adət və Müasir Tələblər

Yenidoğulmuş körpəni bələmək (qucaqlama üsulu ilə bədənini sıx şəkildə sardaq bağlamaq) uzun illər boyunca bir çox mədəniyyətdə tətbiq edilən, ancaq son zamanlar həm də elmi baxımdan qiymətləndirilən bir praktikadır. Bu vərdişin faydalı olub-olmadığı ilə bağlı suallar, valideynlər və xüsusilə birinci dəfə ana-ata olanlar üçün olduqca maraqlıdır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Bələməyin mümkün faydaları Uşağın özünü ana bətnindəki kimi təhlükəsiz hiss etməsi: Körpələr doğulduqdan sonra bətn xaricindəki dünya ilə tanış olurlar və bu keçid onlar üçün narahatlıq doğura bilər. Sıx şəkildə bələmək körpəyə bətnin sıx və isti mühitini xatırladır,…

Daha çox

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə gəlir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün və sabah Ankarada rəsmi görüşlər keçirəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kommunikasiyalar direktoru Burhanəddin Duran Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfər edəcəyini açıqlayıb. Tokayev prezident Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Ankarada rəsmi görüşlər keçirəcək. Duran sosial media hesabında qarşıdan gələn görüşlərlə bağlı aşağıdakı məlumatları paylaşıb: “Səfər münasibətilə Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Prezident Kompleksində keçiriləcək görüşlərdə iki ölkə arasında “Genişləndirilmiş Strateji Tərəfdaşlığ”ın gedişi və bu tərəfdaşlığın…

Daha çox

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir: “Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir. Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır: – Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə…

Daha çox