Körpə Bələmək – Qədim Adət və Müasir Tələblər

Yenidoğulmuş körpəni bələmək (qucaqlama üsulu ilə bədənini sıx şəkildə sardaq bağlamaq) uzun illər boyunca bir çox mədəniyyətdə tətbiq edilən, ancaq son zamanlar həm də elmi baxımdan qiymətləndirilən bir praktikadır. Bu vərdişin faydalı olub-olmadığı ilə bağlı suallar, valideynlər və xüsusilə birinci dəfə ana-ata olanlar üçün olduqca maraqlıdır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Bələməyin mümkün faydaları Uşağın özünü ana bətnindəki kimi təhlükəsiz hiss etməsi: Körpələr doğulduqdan sonra bətn xaricindəki dünya ilə tanış olurlar və bu keçid onlar üçün narahatlıq doğura bilər. Sıx şəkildə bələmək körpəyə bətnin sıx və isti mühitini xatırladır,…

Daha çox

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə gəlir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün və sabah Ankarada rəsmi görüşlər keçirəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kommunikasiyalar direktoru Burhanəddin Duran Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfər edəcəyini açıqlayıb. Tokayev prezident Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Ankarada rəsmi görüşlər keçirəcək. Duran sosial media hesabında qarşıdan gələn görüşlərlə bağlı aşağıdakı məlumatları paylaşıb: “Səfər münasibətilə Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Prezident Kompleksində keçiriləcək görüşlərdə iki ölkə arasında “Genişləndirilmiş Strateji Tərəfdaşlığ”ın gedişi və bu tərəfdaşlığın…

Daha çox

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir: “Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir. Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır: – Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə…

Daha çox

Bədən dili ünsiyyət vasitəsi kimi

“Hər gün bədən dilindən ünsiyyət növü kimi istifadə olunur. Qorxu, sevinc, həyəcan, təəccüb, hətta laqeydliyi, məhz həmin ünsiyyət vasitəsi ilə ifadə edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Onun sözlərinə görə, bədən dili də ünsiyyət növüdür: “Ünsiyyət verbal və qeyri-verbal olur. Verbal ünsiyyətə nitq, danışıq, qeyri-verbal ünsiyyətə isə jestlər, pozlar, mimikalar daxildir. Bu elmdə göz bəbəyinin böyüməsi, kiçilməsi, bədən temparaturu, səsin titrəməsi, udqunmaq və s. çox önəmlidir. Bədən dili və mimikanı ən yaxşı uşaqlarda müşahidə etmək olar, çünki onlar öz…

Daha çox

Tailand-Kamboca qarşıdurması dağıdıcı müharibə riski yaradır

Dünyada müharibələr, münaqişələr bitmək bilmir. Əksinə, dövlətlərarası qığılcımı xatırladan qarşıdurmalar yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxarır. Bu dəfə yeni müharibə riskinin Tailandla Kamboca arasında baş verə biləcəyi ehtimal olunur. Daha doğrusu, uzun müddətdir ki, hər iki dövlət arasında sərhəd mübahisəsi səbəbində ara -sıra toqquşmalar baş verir. Ötən həftə Tailand-Kamboca arasında son on ilin ən gərgin qarşıdurması yaşandı. Tailanda məxsus 10-a yaxın F-16 Kambocanın hərbi qərargahını və sərhəd yaxınlığında yerləşən kənd və qəsəbələri hədəfə aldı. Nəticədə onlarla hərbçi və mülki əhali öldürülüb və yaralanıb. Hər iki ölkə təhlükəsizlik məqsədilə sərhəd boyu…

Daha çox

“Elektroenergetika haqqında” qanuna dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib. SİA xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq. Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.

Daha çox

İyul ayının bütün sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə SİA-ya Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Daha çox

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər. İndiyədək Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu. Nazirlər Kabineti həmçinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul…

Daha çox

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.

Daha çox