Ədliyyə naziri Fərid Əhmədov avqustun 8-də Ağsu şəhərində Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin müraciətlərini dinləyəcək. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı avqustun 7-dək yalnız rəsmi iş günləri və saatları ərzində Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu: +994 020-274-13-10; +994 020-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də, nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər”…
Daha çoxDay: July 28, 2025
Türk dünyasının gələcəyi Manisada müzakirə olundu
Bu, min illərlə formalaşmış ortaq tariximizin, mədəniyyətimizin, dilimizin və taleyimizin birgə təcəssümüdür Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə çərçivəsində bir sıra işlər görülüb, həmçinin qardaş Türkiyənin Manisa şəhərində “Bizim ailəmiz Türk dünyasıdır” adlı dəyirmi masa keçirilib. İctimai Birlikdən verilən məlumata görə, dəyirmi masa maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda…
Daha çoxAMB emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır. Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox…
Daha çoxRusiyadan yan keçən marşrut
Tokayev Türkiyədə Qazaxıstan neftinin ixracını müzakirə edəcək Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək.Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərin, o cümlədən Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılmasının müzakirəsi planlaşdırılır. Daha əlverişli investisiya və turizm mühitinin yaradılması səyləri çərçivəsində Qazaxıstan Türkiyə ilə vizasız rejimi genişləndirir. Türkiyə və Qazaxıstan başçıları həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər və burada iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri və türk birliyinin möhkəmləndirilməsinin əsas aspektlərini nəzərdən…
Daha çoxRusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var
Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb. SİA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb. Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları alıblar.
Daha çoxDSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur. Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O həmin ifadəsində deyib ki, 2024-cü ilin noyabr ayında Avropa Çempionatında iştirak etmək üçün Yunanistanın paytaxtı Afina şəhərinə gedib. Həmin çempionatda Ramal Aslanov da öz tələbələri ilə…
Daha çoxNaxçıvanda vergi ödəyicilərinin sayı artıb
Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 52 205 vergi ödəyicisi olub. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib. Onun sözlərinə görə, bunun 2 832-si hüquqi, 49 373-ü isə fiziki şəxslərdir. Son 1 ildə hüquqi şəxslərin sayı 4,1 %, fiziki şəxslərin sayı isə 3,5 artıb. “Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında sabit artım tendensiyası müşahidə olunur. Bu artım regionda sahibkarlığın və iqtisadi fəallığın genişlənməsini, eyni zamanda vergi uçotunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərin effektivliyini əks etdirir”, – deyə F.Nəcəfli qeyd…
Daha çoxAzərbaycan səfiri Ukraynanın energetika naziri ilə görüşüb
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ölkənin yeni təyin olunmuş energetika naziri Svetlana Qrinçuk ilə Bakı və Kiyev arasında əməkdaşlığı müzakirə etmək üçün görüşüb. SİA xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycan və Ukrayna hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının bu yaxınlardakı görüşünün nəticələrini müzakirə etməkdən və növbəti addımlar barədə danışmaqdan məmnun oldum. Eyni zamanda, energetika sahəsində ikitərəfli əməkdaşlığın müsbət perspektivlərinə diqqət yetirildi”, – o qeyd edib.
Daha çoxPakistanda musson yağışları nəticəsində 279 nəfər həlak olub
İyun ayının sonundan etibarən Pakistanda leysan yağışları nəticəsində ən azı 279 nəfər həlak olub, 676 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. 1,5 mindən çox bina zədələnib, yüzlərlə insan təxliyə edilib. Heyvandarlıq və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib. Ən çox insan itkisi Pəncabda qeydə alınıb – 151 ölü və 536 yaralı. Şimal-qərb əyaləti olan Xayber-Paxtunxvada 64 nəfər ölüb, 80 nəfər yaralanıb. Ölkə hökuməti vətəndaşların təhlükəsizliyini təmin etmək və təbii fəlakətin vurduğu ziyanı minimuma endirmək üçün tədbirlər görür.
Daha çoxBarak Obama Qəzza xalqına çağırış etdi
ABŞ-ın keçmiş prezidenti Barak Obama humanitar yardımın Qəzzaya çatmasına icazə verilməsini və İsrailin hərbi əməliyyatlarının dayandırılmasını istəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama özünün “X” sosial media hesabında, “New York Times” qəzetində Qəzzada insanların çəkdiyi aclığı ortaya qoyan iki xəbər məqaləsi paylaşıb. Qəzza böhranının qalıcı həlli üçün İsrailin hərbi əməliyyatlarının dayandırılmasının vacib olduğunu vurğulayan Obama, paylaşdığı xəbərlərdə günahsız insanların qarşısı alına bilən aclıqdan ölməməsi üçün təcili tədbirlər görülməsinin vacibliyini dilə gətirib. Obama deyib: “Yardımın Qəzza xalqına çatmasına icazə verilməlidir. Mülki ailələrin qida və sudan…
Daha çox