“Böyük Qayıdış yalnız bu günün deyil,..”

“Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə, ölkənin yeni bir mərhələyə qədəm qoymasına şərait yaratdı. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması ilə dövlət qarşısında duran əsas məsələ bu ərazilərin bərpası, yenidən qurulması və sakinlərin təhlükəsiz şəkildə geri qaytarılması oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu məqsədlə hazırlanmış və hazırda uğurla icra olunan “Böyük Qayıdış” proqramı sadəcə bir köçürmə planı deyil, əslində Azərbaycanın gələcəyini müəyyən edən, çoxşaxəli və strateji əhəmiyyətə malik bir inkişaf konsepsiyasıdır: “Hazırda dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi…

Daha çox

Naxçıvanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında maliyyələşdirilən ipoteka kreditlərinin məbləği 1 milyon 933 min manat təşkil edib. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 141 min manat və yaxud 144 % (2,4 dəfə) çoxdur. “İpoteka kreditləri üzrə bu artım Naxçıvan muxtar respublikasında əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahələrinə olan tələbatın qarşılanması və sosial rifahın artırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsidir. Regionda ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşlara…

Daha çox

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov telefon danışığı zamanı regional məsələləri müzakirə edib. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin iyulun 2-də Azərbaycana həyata keçirdiyi dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub. Tərəflər həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələlərini nəzərdən keçiriblər. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir…

Daha çox

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı

Türkiyə mədəni irsin davamlı şəkildə qorunması və əsl sahibinə qaytarılması istiqamətində apardığı uzunmüddətli səylərinə daha bir mühüm uğur əlavə etdi. SİA xəbər verir ki, Roma imperatoru Mark Avreliyə məxsus bürünc heykəl, 65 ildən sonra, ABŞ-ın aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində, Burdur vilayətindəki qədim Boubon şəhərindən oğurlandığı yerdən Türkiyəyə qaytarıldı. Heykəl illərlə ABŞ-ın Ohayo ştatındakı Klivlend İncəsənət Muzeyində nümayiş etdirilirdi. Bu uğurlu geri dönüş, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Manhattan Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik İstintaq İdarəsinin birgə səyləri nəticəsində mümkün olub. II–III əsrlərə aid olan bu heykəl, Roma imperatorunun filosof…

Daha çox

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev avqustun 1-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Xətai rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48…

Daha çox

Bu il Azərbaycanda 27 sahibkara “Startap” şəhadətnaməsi verilib

Bu ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. SİA KOBİA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət…

Daha çox

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb və onlardan da 28 nəfəri Vətən müharibəsi iştirakçısıdır. V.Eyvazov çıxışında seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini…

Daha çox

Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib

Dövlət Turzim Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. SİA Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib. Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar. Bu ilin I yarısında qeyd olunan…

Daha çox

DSMF sədri Göyçayda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 8 avqust saat 11:00-da Göyçayda bu rayonun sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya DSMF-dən məlumat verilib. Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 1-dək Fondun Göyçay rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Daha çox