Kərə yağı adı ilə satılan saxta yağlar: Necə tanıyaq?

“Bazarda “kərə yağı” adı altında təqdim olunan ucuz məhsulların bir çoxu əslində tam olaraq heyvan mənşəli yağ olmayıb, bitki yağları və marqarinin qarışığından ibarət olur. Bu vəziyyət xüsusilə nəzarətsiz şəraitdə açıq şəkildə satılan, standartlara uyğun qablaşdırılmamış məhsullarda daha geniş yayılıb. Mütəxəssislərin müşahidələrinə əsasən, belə hallara əsasən qeyri-rəsmi bazarlarda, kənd təsərrüfatı yarmarkalarında və bəzi kiçik satış nöqtələrində tez-tez rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məhsulun orijinallığını və tərkibini saxtalaşdırmaq üçün tətbiq edilən üsullardan biri belədir: əvvəlcə süddən alınmış…

Daha çox

ABŞ-da təyyarə okeana düşüb

ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə Sakit okeana düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir. ABŞ Sahil Mühafizəsi verdiyi açıqlamada iki mühərrikli “Beechcraft”ın San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığını bildirib. Açıqlamada qeyd olunub ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən çıxarılıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Daha çox

Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq

İyulun 29-da Azərbaycanda 40 dərəcə isti gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan…

Daha çox

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, mətndə deyilir: “Hörmətli xanım Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Daha çox

Makron indi də Fələstin üzərindən “oynayır”…

Mətləb Salahov: “Dünya siyasətində nüfuzu yerlərdə sürünən bir dövlət başçısının ABŞ və İsrailin əleyhinə “iradə göstərməsi” siyasi şoumenlikdir” “Əlbətdə hər kəs əla bilir ki, Emmanuel Makronun ABŞ və İsrail əleyhinə hansısa qərar qəbul etdirmək və siyasi proseslərin axarını dəyişmək gücü yoxdur. Xüsusilə şəxsiyyət və siyasi persona olaraq hazırkı Fransa rəhbərinin dünya siyasətində hansısa mühüm qərara təsir etmək üçün xarizması da əl vermir. Keçmiş və indiki koloniyalarından biabır edilib qovulan bir siyasətçinin indi də Fələstin üzərindən özünə xal yığmaq və siyasi əhəmiyyətini gözə soxmaq cəhdləri eləcə cəhd olaraq qalacaq. Bu, həm…

Daha çox

Azərbaycan Səudiyyə Ərəbistanı və İordaniyada turizm tədbirlərinə qatılacaq

Azərbaycan sentyabrın 15-16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək KBLT (Kingdom Business & Luxury Travel Congress) və oktyabrın 7-9-da İordaniyanın Aqaba şəhərində keçiriləcək DWP (Destination Wedding Planners Congress) turizm tədbirlərində iştirak edəcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. 4-cü dəfə təşkil olunan KBLT qlobal liderləri və lüks brendləri Səudiyyə Ərəbistanının ən nüfuzlu müştəriləri ilə birləşdirən əsas platformadır. DWP isə 11-ci dəfə təşkil edilir. Ötən il bu tədbirə 70-dən çox ölkə qatılıb, iştirakçıların 98 %-i konqresi müsbət qiymətləndirib.

Daha çox

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

İyulun 26-da və 27-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqədar 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5…

Daha çox

Trampdan narazı sərnişin təyyarəni partlatmaqla hədələdi

ABŞ Prezidenti Donald Trampın siyasətindən narazı qaldığı üçün bomba partlatmaqla hədələyən aviaşirkətin sərnişini Böyük Britaniyada saxlanılıb. SİA xəbər verir ki, bu barədə şahidlərə istinadən Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. Hadisə “EasyJet” aviaşirkətinə məxsus təyyarənin London–Qlazqo reysini yerinə yetirən zaman baş verib. Böyük Britaniyada qaçqın statusu olan 41 yaşlı Hindistan vətəndaşı “Allahu Əkbər” deyə qışqırmağa başlayıb, ardından isə üzərində bomba olduğunu və hazırda Şotlandiyada olan ABŞ liderinə “siqnal göndərməli” olduğunu bildirib. Digər sərnişinlər onu yerə yıxaraq zərərsizləşdiriblər. Onun baqajında partlayıcı qurğu aşkarlanmayıb. Təyyarə Qlazqoya endikdən sonra həmin şəxs polis tərəfindən…

Daha çox