DSX-nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, xidmətin şəxsi heyəti, DQİDK-nin nümayəndəsi və din xadiminin iştirakı ilə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılıb, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah olunub, onun milli təhlükəsizliyə…

Daha çox

“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb

Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Bu barədə SİA-ya “Naftogaz”ın məlumatına istinadən xəbər verir. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir. “Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, – “Naftogaz”ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib. “Göstərdikləri…

Daha çox

Nigeriyada qayığın batması nəticəsində 13 nəfər ölüb

Nigeriyada qayığın batması nəticəsində aralarında uşaqlar da olmaqla 13 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Bildirilib ki, 39 nəfərin olduğu qayıqda sərnişinlərlə yanaşı, ev heyvanları və kənd təsərrüfatı məhsulları da olub. Sərnişinlər bazara gedirmiş. 26 sərnişin xilas edilib. İlkin ehtimala görə qəzaya qayığın həddən artıq yüklənməsi səbəb olub.

Daha çox

Təyyarə məcburi eniş etdi

“Embraer 190” sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib. SİA xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən “İnterfaks” məlumat verilib. “Təyyarə Moskva vaxtı ilə saat 00:45-də eniş edib”, – agentliyin mənbələri aydınlıq gətirib. Qeyd edilib ki, təyyarədə İjevskdən uçan sərnişinlər olub. “Təhlükə siqnalı Xəzər dənizi üzərində uçuş zamanı göndərilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib”, – məlumatda qeyd edilib.

Daha çox

Çin süni intellektlə bağlı beynəlxalq əməkdaşlıq təklif edib

Çinin Baş naziri Li Qianq süni intellekt sahəsində beynəlxalq təşkilat yaradılmasını təklif edib. SİA xəbər verir ki, hökumət başçısı bu barədə Şanxayda keçirilən forumda bildirib. Çinin hökumət başçısı qeyd edib ki, süni intellekt inkişaf üçün yeni qüvvə ola bilər. Lakin onun idarə edilməsində pərakəndəlik var. Süni intellektin qlobal səviyyədə tanınan çərçivəsinin yaradılması üçün beynəlxalq əməkdaşlıq vacibdir.

Daha çox

Türkiyədə meşə yanğınları tüğyan edir

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və 3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlarda gecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri ilə sürətlə yayılıb. Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib ki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə olunub. Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləri tam şəkildə təxliyə edilmişdi. Bu gün isə…

Daha çox

Qəzzada 53 nəfər ölüb

İsrail bazar günü Qəzza zolağının əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhəri ərazilərində humanitar məqsədlərlə yerli vaxtla saat 10:00-dan 20:00-a qədər taktiki fasilələrə başladığını elan edib. Lakin bu fasilələrə baxmayaraq, bazar gününün səhər saatlarından etibarən İsrail qüvvələrinin Qəzzaya endirdiyi hücumlar nəticəsində azı 53 fələstinli həlak olub. SİA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində indiyədək 59,733 nəfər həlak olub, 144,477 nəfər yaralanıb.

Daha çox

Bakının bəzi yollarında sıxlıq var

Bakının bəzi əsas yollarında sıxlıq var. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

Avropa İttifaqı və ABŞ gömrük mübahisəsində razılığa gəlib

ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsində razılıq əldə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, razılaşmanın detalları hələlik açıqlanmasa da, Avropa İttifaqından (Aİ) ABŞ-a ixrac olunan məhsulların əvvəlki dövrlərlə müqayisədə daha yüksək gömrük rüsumlarına məruz qalacağı məlum idi. Donald Tramp görüşdən əvvəl gömrük tariflərini 15 faizdən aşağı salmaq niyyətində olmadığını bəyan etmişdi. Aİ-nin danışıqlardakı əsas məqsədi isə ABŞ rəhbərliyinin əvvəlcə təklif etdiyi 30 faizlik tarifdən xeyli səviyyəli nəticə əldə etmək idi. Ursula Fon der Lyayen…

Daha çox