Təyyarə məcburi eniş etdi


“Embraer 190” sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib. SİA xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən “İnterfaks” məlumat verilib. “Təyyarə Moskva vaxtı ilə saat 00:45-də eniş edib”, – agentliyin mənbələri aydınlıq gətirib.

Qeyd edilib ki, təyyarədə İjevskdən uçan sərnişinlər olub. “Təhlükə siqnalı Xəzər dənizi üzərində uçuş zamanı göndərilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib”, – məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər