ABŞ-ın Milli Kosmik Agetliyinin – NASA-nın təxminən 4000 nəfər əməkdaşı istefa ərizəsi yazıb. SİA xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Bildirilib ki, bu hadisə Prezident Donald Tramp administrasiyasının federal xərclərin azaldılması proqramı çərçivəsində baş verib. Digər mənbələrin məlumatına əsasən, 3870 nəfər və ya NASA əməkdaşlarının 20 faizindən çoxu işdən çıxmaq üçün ərizə yazıb. Agentlikdə ümumilikdə təxminən 18 min nəfər işləyir. İxtisar proqramında könüllü iştirakla bağlı ərizələrin təqdim olunması üçün son tarix ötən cümə günü başa çatıb. Tramp administrasiyası bildirib ki, oktyabrda başlayacaq yeni maliyyə ilində NASA-nın büdcəsi…
Daha çoxDay: July 29, 2025
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxABŞ-də güllələnmə olub
ABŞ-nin Manhetten şəhərinin mərkəzində güllələnmə hadisəsi baş verib. SİA “NBC News”a istinadən xəbər verir ki, əlində tüfənglə hündürmərtəbəli binaya girən şəxs ətrafdakılara atəş açıb. Nəticədə bir polis və üç mülki şəxs həlak olub. Onun Las-Veqasdan olan 27 yaşlı Şeyn Devon Tamura olduğu müəyyən edilib. Tamuranın özünün də intihar etdiyi bildirilir. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Daha çoxAğdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə – 236 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə…
Daha çoxKeçmiş sevgilisindən İlon Maskla bağlı şok iddialar
Amerikalı sahibkar və milyarder İlon Mask ilə onun keçmiş sevgilisi, aktrisa Ember Hörd arasındakı münasibətlə bağlı yeni təfərrüatlar üzə çıxıb. SİA xəbər verir ki, məlumatı “Radar Online” dərc edib. Mask ilə Hördün münasibəti 2017-ci ildə başlayıb və cəmi bir neçə ay davam edib. Bu müddət ərzində aktrisa rəfiqəsinə Maskın qısqanclığından şikayət edib. Hörd onun özünü dəli kimi apardığını söyləyib. Aktrisanın iddiasına görə, Mask onun evinə kameralar, maşınına isə dinləmə cihazları quraşdırıb. Tez-tez küsüb barışan cütlüyün son ayrılığı 2017-ci ilin dekabrında Rio-de-Janeyro səfəri zamanı baş verib. Nəşrin yazdığına görə, mübahisədən sonra…
Daha çoxTayvan uğrunda döyüşməyə hazırıq
Böyük Britaniyanın müdafiə naziri Con Hili Böyük Britaniyanın Sakit okean bölgəsində Tayvanla bağlı mümkün qarşıdurma zamanı döyüşməyə hazır olduğunu bəyan edib. SİA “Telegraph”a istinadla xəbər verir ki, nazir bu açıqlamanı Avstraliyanın müdafiə naziri və baş nazirinin müavini Riçard Marlsla birgə çıxışı zamanı verib. Con Hili Tayvan ətrafında Çinin mümkün eskalasiyası fonunda Britaniyanın hansı dəstək addımları atacağına dair jurnalistlərin sualını cavablandırıb: “Əgər döyüşməyə məcbur olsaq keçmişdə olduğu kimi, Avstraliya və Böyük Britaniya birgə döyüşəcək. Biz birlikdə təlim keçirik və daha hazırlıqlı, yaxşı şəkildə çəkindirici güc nümayiş etdiririk”,- deyə nazir bildirib. Bu…
Daha çoxRusiya 20 nəzarət-buraxılış məntəqəsini bağlayır
Rusiya hökuməti Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib. SİA xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb. Qərara əsasən, Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri avqustun 1-dən bağlanacaq. Qeyd edək ki, siyahıya 7 dəmir yolu və 13 avtomobil məntəqəsi daxildir.
Daha çoxKaton-Qaraqay yüksək yanğın təhlükəsi səbəbindən turistlər üçün bağlanıb
Şərqi Qazaxıstanın ən mənzərəli guşələrindən biri olan Katon-Qaraqay Milli Parkı müvəqqəti olaraq turistlər üçün bağlanıb. SİA “Kazinform” agentliyinə istinadla xəbər verir ki, iyulun 28-dən yanğın təhlükəsi ilə əlaqədar onun ərazisində girişə məhdudiyyətlər tətbiq edilib. Ərazidə beşinci dərəcəli yanğın təhlükəsi qeydə alınıb. Havanın quru və isti keçməsi ilə əlaqədar meşə sahəsi yanğın təhlükəsi ilə üzləşib, buna görə də insanların dövlət meşə fondu ərazisində olmasının məhdudlaşdırılması qərara alınıb. Məhdudiyyətlərin qüvvədə olduğu dövrdə bütün turizm marşrutları, dayanacaqlar və ziyarət zonaları müvəqqəti olaraq bağlanıb. Qeyd edək ki, beşinci dərəcəli yanğın təhlükəsi bundan əvvəl Almatı…
Daha çoxPeterburqda miqrantlara daha bir qadağa qoyuldu
Sankt-Peterburqda lisenziya ilə işləyən miqrantlara 2025-ci ilin sonuna qədər taksi fəaliyyəti göstərmək qadağan edib. SİA xəbər verir ki, bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov qərar qəbul edib. Qeyd olunur ki, qərar “taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq” və Rusiya vətəndaşları üçün əlavə məşğulluq imkanları yaratmaq məqsədi daşıyır. Hakimiyyət belə bir tədbirin şəhərin həyatına sosial-iqtisadi təsirini 2025-ci ildə qiymətləndirməyi və 2026-cı ildə tətbiq edilməsinin zəruriliyi barədə qərar qəbul etməyi planlaşdırır.
Daha çoxZelenskidən Trampın Rusiya bəyanatına reaksiya
Prezident Donald Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edirəm. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb. O bildirib ki, Trampın son bəyanatı onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını göstərir: “Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq”. Qeyd edək ki, bundan öncə Tramp açıqlamasında Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə olunması üçün özü tərəfindən müəyyən edilmiş vaxtı 10-12 günə endirəcəyini bildirib.
Daha çox