ABŞ Prezidenti Donald Trampın Avropa mallarına tətbiq etdiyi rüsumlar Polşaya təqribən 2,2 milyard dollara başa gələcək. SİA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb.
Onun sözlərinə görə, Varşava Vaşinqtonla danışıqlar zamanı əvvəllər 3,75 milyard dollar məbləğində qiymətləndirilən itkilərin azaldılmasına nail olub.
“ABŞ-nin Avropa məhsullarına tətbiq etdiyi rüsumlar reallığa çevrilib. İlkin qiymətləndirmələrə görə, Polşa təxminən 8 milyard zlotı (2,2 milyard dollar) itirəcək, halbuki əvvəllər bu rəqəm 15 milyard zlotı (3,75 milyard dollar) məbləğində qiymətləndirilirdi. İtkilər Atlantikanın hər iki tərəfində hiss olunacaq. Lakin hətta mürəkkəb ticarət sazişi belə müttəfiqlər arasında mənasız tarif müharibəsindən yaxşıdır”, – Tusk vurğulayıb.