Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb. SİA xəbər verir ki, o, bunu “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Görüşdə bu ilin I yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olundu. Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik”, – deyə o qeyd edib.