Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, bununla əmək müqavilələrinin artıq 94 faizi elektronlaşdırılıb.
İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.