Dünya fond bazarlarının əsas indeks göstəriciləri


İyulun 28-nə olan nəticələrə əsasən ABŞ və Avropa birjalarında qarışıq dinamika müşahidə olunub. SİA xəbər verir ki, ABŞ-da Dow Jones sənaye indeksi 0,14% azalaraq 44 837,56 bənd təşkil edib. NYSE Composite İndeksi 0,62% geriləyərək 20 821,28 bənd olub. Kanada birjalarında S&P/TSX Composite İndeksi 0,32% enərək 27 405,42 bənd səviyyəsində qərarlaşıb.

Digər tərəfdən, S&P 500 İndeksi 0,02% artaraq 6 389,77 bəndə, Nasdaq Composite isə 0,33% artaraq 21 178,59 bəndə yüksəlib.

Avropa bazarlarında isə əsas indekslər enişlə yadda qalıb. İyulun 28-də Almaniyanın DAX indeksi 1,02% azalaraq 23 970,36 bənd, Böyük Britaniyanın FTSE 100 İndeksi 0,43% geriləyərək 9 081,44 bənd, Fransanın CAC 40 indeksi isə 0,43% enərək 7 800,88 bənd olub.

Avrozona üzrə Euro Stoxx 50 indeksi 0,27% azalaraq 5 337,58 bəndə düşüb. İspaniyanın IBEX 35 İndeksi isə 0,12% azalaraq 14 220,20 bəndlə bağlanıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1.1587 dollar təşkil edib

Əlaqəli Xəbərlər