Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək. Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür: – kiçik – 25 nəfərə qədər; – böyük – 25 nəfərdən çox. Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır. Hostellərdə bir…
Daha çoxDay: July 29, 2025
Prezident süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişikliyi təsdiqləyib
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil edəcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların…
Daha çoxYük maşını avtobusa çırpılıb
Hindistanın Carkhand əyalətinin Deoqhar rayonunda yük maşınının avtobusa çırpılması nəticəsində ilkin məlumata görə, 18 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın NDTV kanalının məlumatına görə, rəsmilər Deoqharda yük maşınının təxminən 35 nəfəri daşıyan avtobusa çırpıldığını bildirib. Səlahiyyətli şəxslərdən Nişikant Dubey “X” sosial mediada bildirib ki, ilkin məlumatlara görə, qəzada 18 nəfər həlak olub. 10 nəfərin yaralanması ilə nəticələnən avtobusun içində sıxışanları xilas etmək üçün polis və tibb işçiləri müdaxilə edib.
Daha çoxDSMF ötən il investisiya fəaliyyətindən əldə etdiyi gəliri açıqlayıb
2024-cü ilin sonuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya qoyuluşu 1 milyard 435,605 milyon manat təşkil edib. SİA Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə təxminən 43 % azdır. O cümlədən, Fond əmlak, tikili və avadanlıqların alınmasına 7,152 milyon manat (71 % çox), qeyri-maddi aktivlərin alınmasına 1,172 milyon manat (53,6 % çox), banklarda açılmış depozit hesablarına 25 milyon manat (54,1 % çox), dövlət zəmanətli istiqrazlara 485,146 milyon manat (51,4 % az), banklarda həyata keçirilən əks-repo əməliyyatlarına isə…
Daha çoxADB Azərbaycan üçün yeni beşillik strateji əməkdaşlıq planını təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib. Bu SİA-ya bankdan bildirilib. Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq – “yaşıl” və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi. ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir. “ADB uyğunlaşdırılmış…
Daha çoxNaxçıvanda sosial-iqtisadi inkişaf tədbirlərinə dair səlahiyyətli qurumların siyahısı genişləndirilib
Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəmcam imzalayıb. Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və “Azərbaycan Dəmir Yolları” QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının…
Daha çoxBuzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Buzovna qəsəbəsində yerləşən “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib. SİA xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri həyata keçirilib. Keçirilən yoxlama zamanı “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə…
Daha çoxNaxçıvananın büdcəsinə ayrılan dotasiya 43 %-dən çox azalıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 85 milyon manat dotasiya ayrılıb. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 % azdır. Xatırladaq ki, bu il mərkəzləşdirilmiş büdcədən Naxçıvana 285,7 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Beləliklə, 6 aylıq dotasiya təxminən 60 % icra edilib.
Daha çoxAzərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.
Daha çoxQəzzada ölənlərin sayı 60 mini keçib
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 113 nəfər artaraq 60 min 34 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb. Son 24 saat ərzində Qəzza xəstəxanalarında 113 nəfər ölüb, 637 nəfər yaralanıb. Bildirilib ki, İsrail ordusu yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardınca martın 18-dən bəri başlatdığı hücumlarda 8 min 867 fələstinlini şəhid edib, 33 min 829 nəfəri yaralayıb. İsrailin…
Daha çox