“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. Hacıyev qeyd edib ki, bu məsələ Ermənistanın qərarına bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “”Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”,…
Daha çoxDay: July 29, 2025
Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq. SİA-nın məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb. Hazırda agentliklə tenderdə qalib gələn şirkət arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə start veriləcək. Qeyd edək ki, təmir-bərpa…
Daha çox“Diplomatik təşəbbüslər təkcə enerji və iqtisadi güc mərkəzi deyil, həm də…”
“Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü son illər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilə bilər. Münaqişə və qarşıdurmalarla dolu olan Yaxın Şərq regionunda vasitəçilik təşəbbüsü ilə çıxış etmək, təkcə siyasi iradə deyil, eyni zamanda regional güc, etimad və balanslı xarici siyasət tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanın bu prosesdə fəallıq göstərməsi onun beynəlxalq diplomatiyada daha fəal və etibarlı tərəfdaş kimi qəbul olunmağa başladığını göstərir: “Bu təşəbbüsün arxasında bir neçə əsas geosiyasi faktor dayanır. İlk növbədə, Azərbaycan…
Daha çoxMinskdə 4 pasportu olan rusiyalı saxlanılıb
Mütəxəssislər sənədlərdən hansının həqiqi olduğunu müəyyən edirlər… Minskdə təhlükəsizlik qüvvələri saxta pasportla rusiyalını saxlayıb. Məlum olub ki, həmin şəxsin daha üç pasportu olub və birindən başqa bütün sənədlərdə fotoşəkillər dəyişdirilib, SİA-nın məlumatına görə, bunu Dövlət Məhkəmə Ekspertizası Komitəsi bildirir. 48 yaşlı Rusiya vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən “cinayət törətməkdə bilavasitə şübhəli bilinərək” saxlanılıb. Şəxsiyyətini təsdiqləmək üçün həmin şəxs pasport təqdim edib və onun həqiqiliyi əməliyyatçılar arasında suallar yaradıb. Daha sonra şübhəlinin evində aparılan axtarış zamanı xarici pasport da daxil olmaqla daha üç Rusiya pasportu müsadirə edilib.…
Daha çoxTəbiətin ağrısı, insanlığın imtahanı
Təbiətin ağrısı, insanlığın imtahanı
Daha çoxHesablama Palatası I yarımildə 34 nəzarət tədbiri barədə qərar qəbul edib
Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası ümumilikdə 34 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Bildirilib ki, bu tədbirlərdən ikisi məxfilik rejimində aparılıb. Hesabat dövründə nəzarət tədbirləri 16 mərkəzi icra hakimiyyəti orqanını, 6 publik hüquqi şəxsi, 4 dövlət mülkiyyətində və yaxud dövlətin payı olan müəssisəni, 2 büdcədənkənar dövlət fondunu, 1 məqsədli büdcə fondunu, 8 mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində və yanında fəaliyyət göstərən qurumları və digər təşkilati-hüquqi formaya malik subyektləri əhatə edib. Nəzarət obyektlərindən 11-də isə ilk dəfə audit…
Daha çoxDSX və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir
Dövlət Sərhəd Xidmətinin (DSX) və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə şəxsi heyət arasında hərbi intizamın daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin səviyyəsinin artırılması və hərbi qulluqçular arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, DSX-nin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm…
Daha çox“Putin Rusiyanı risk altına qoyur…”
Müharibənin uzanması yalnız resursları tükəndirir və Rusiya Federasiyasını zəiflədir… …Ukraynada müharibə uzandıqca Rusiya getdikcə daha çox iqtisadi və strateji təzyiq altındadır. Analitiklər qeyd edirlər ki, Moskvanın təsirini gücləndirmək yolu kimi düşünülmüş münaqişə son nəticədə onun qlobal birlikdəki mövqeyini zəiflədəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The National Interest yazır. Hərbi əməliyyatların davam etdirilməsi Rusiyaya daha əlverişli şərait vəd etmir. Əksinə, uzun müharibə digər dünya gücləri ilə rəqabət aparmaq üçün lazım olan resursları boşaldır. ABŞ və Çin uzun sürən münaqişədə maraqlıdır: Vaşinqton minimal xərclə Rusiyanın…
Daha çoxİsti hava şəraiti həftə sonunadək davam edəcək
Həftə sonunadək Azərbaycanda isti hava şəraitinin davam edəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.
Daha çoxHesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
Bu ilin I yarısında Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb. SİA bu barədə Palataya istinadən xəbər verir. Bu məbləğin 17,8 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Qalan hissə digər növ pozuntularla əlaqəlidir. Aşkarlanan pozuntular əsasən büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması, artıq xərclərə yol verilməsi və maliyyə hesabatlarında təhriflərlə bağlı olub. Hesablama Palatası audit nəticələrinə uyğun olaraq aidiyyəti qurumlara tövsiyələr və təkliflər göndərib. Bununla yanaşı, bəzi hallarda pozuntuların aradan qaldırılması və…
Daha çox