SXA-nın qazi əməkdaşı beynəlxalq yarışda medallar qazanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşı Türkiyənin Ədirnə şəhərində keçirilən 8-ci Uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku Çempionatında uğur qazanıb.

SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan yığma komandasının tərkibində çıxış edən SXA-nın əməkdaşı, qazi Ruslan Şıxıyev yarışda iki medal qazanıb. O, komanda yarışı üzrə gümüş, fərdi döyüşdə isə bürünc medala layiq görülüb.

Ruslan Şıxıyev 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib və Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Çempionatda yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda idmançılarımız ümumilikdə 8 qızıl, 7 gümüş və 11 bürünc medal qazanaraq yarışları uğurla başa vurublar.

Əlaqəli Xəbərlər