Azərbaycan və Özbəkistan bank sektorunda büdcə planlaşdırılmasını və idarə olunmasını müzakirə edib


Azərbaycan Mərkəzi Bankı (AMB) və Özbəkistan Mərkəzi Bankı (ÖMB) arasında büdcə planlaşdırılması və idarə olunması müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun Bankın nümayəndə heyəti işgüzar səfər çərçivəsində ÖMB-də olub.

Səfər zamanı keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarə olunması mövzuları üzrə interaktiv təqdimatlar ətrafında məlumat mübadiləsi aparılıb.

Görüşlərdə həmçinin maliyyə hesabatlılığı üzrə beynəlxalq təcrübələr, çağırışlar və ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub.

Əlaqəli Xəbərlər