Avtomobilini tərk edən turist müəmmalı şəkildə yoxa çıxıb…


ABŞ-ın məşhur görməli yerlərindən birində avtomobilini dayanacaqda qoyan turist müəmmalı şəkildə yoxa çıxıb.

SİA xəbər verir ki, bu barədə SFGate nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, bazar ertəsi, iyulun 28-də polis əməkdaşları Grand Canyon Milli Parkının cənub dayanacağında içərisində sürücüsüz Tesla Cybertruck tapıblar.

Elektriklə işləyən avtomobil iyulun 22-dən itkin düşən 35 yaşlı Tomas Qibbsə məxsusdur.

Müstəntiqlər güman edirlər ki, piyada həmin gün ən çətin marşrut hesab edilən və Horseshoe Mesa-ya aparan Grandview Trail ərazisində olub.

Parkın əməkdaşları çətin şəraitə görə bu cığırı yalnız təcrübəli piyadaların seçməsini tövsiyə edir.

Qibbsin axtarışları davam edir.

…Daha əvvəl velosipedlə səyahətə çıxan turist itkin düşmüşdü. Və gənci bir ay sonra İran həbsxanasında tapdılar.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər