Ana dili hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəni irsini yaşadan əsas atributlardan biridir. Azərbaycan xalqının ən dəyərli mənəvi sərvəti olan ana dilimiz, həm də milli birliyimizin və kimliyimizin bünövrəsidir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev məhz bu dəyəri əsrlərin süzgəcindən keçərək gələcək nəsillərə ötürüləcək milli xəzinə kimi qiymətləndirmiş, onun qorunması və inkişafı naminə mühüm tarixi addımlar atmışdır. 1970-ci illərdən etibarən Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti güclənmişdi. Belə bir şəraitdə respublika rəhbərlərinin ana dili məsələsini açıq şəkildə gündəmə gətirməsi həm cəsarət, həm də siyasi iradə tələb edirdi. Məhz bu…
Daha çoxDay: July 31, 2025
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Hirkan” hava xəttində iyulun 31-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxNaxçıvan bələdiyyəsinin ötən il yaratdığı şirkət ləğv olunur
Naxçıvan bələdiyyəsinə məxsus “Naxçıvan Abadlıq” MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Kazım Talıblı küçəsi, 20 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Naxçıvan Abadlıq” 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.
Daha çoxMaliyyə Nazirliyinin şirkəti ləğv olunur
Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.
Daha çoxBir həftə ərzində Rusiyada 4 bina uçub
Ufanın mərkəzində yerləşən binalardan biri uçub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Kommunistiçeskaya küçəsində binanın divarının bir hissəsi dağılıb. Nazirliyin Başqırdıstan Respublikası üzrə mütəxəssisləri hadisə yerinə cəlb olunublar. Müəyyən edilib ki, bina 2024-cü ildən istifadə edilmir, onun qaz təchizatı da dayandırılıb. Tələfat yoxdur. Hadisənin səbəbi müəyyənləşdirilir. Binada əvvəllər Kooperativ Kollecinin yataqxanası yerləşib. KİV-lər qeyd edir ki, bu, bir həftə ərzində dördüncü belə hadisədir. Bundan öncə də Rusiyanın müxtəlif ərazilərindəki binalarda çökmə baş verib.
Daha çoxKiyev dron və raketlərlə vurulub, dağıntılar var
Rusiya iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib. SİA xəbər verir ki, ilkin olaraq Kiyevə zərbə dronları ilə hücum edilib, Ukrayna paytaxtında partlayış səsləri eşidilib. Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində bildirib ki, dron hücumları nəticəsində Solomenski, Şevçenko, Svyatoşin rayonları zərər görüb. Çoxmərtəbəli yaşayış binasında, təhsil müəssisəsində, müxtəlif ünvanlarda yanğın baş verib. Həmçinin onlarla avtomobil yanıb. Kütləvi dron hücumundan sonra Kiyevdə ikisi uşaq olmaqla 10-dan artıq mülki şəxs xəsarət alıb. Ukrayna paytaxtına daha sonra ballistik raketlərlə hücum edilib. Timur Tkaçenkonun məlumatına görə, Şevçenko…
Daha çox“Mercedes-Benz” şirkətinin mənfəəti iki dəfə azalıb
“Mercedes-Benz” şirkətinin bu ilin birinci yarısında mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azalıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin yaydığı məlumatda konsernin xalis mənfəətinin 55,8 faiz azalaraq, 6,1 milyard avrodan 2,7 milyard avroya düşdüyü bildirilir. Ümumi gəlir də 8,6 faiz azalaraq 72,6 milyard avrodan 66,4 milyard avroya enib. Azalmanın gömrük rüsumları, satışların aşağı düşməsi və səmərəlilik tədbirləri ilə bağlı olduğu açıqlanıb. “Mercedes-Benz” ötən il də ciddi mənfəət itkisi ilə üzləşmişdi. Bu, xüsusilə Çin bazarında satışların zəif olması nəticəsində baş vermişdi. 2024-cü ildə konsernin mənfəəti…
Daha çoxRusiyadan neft-qaz alanları da sanksiya gözləyir
Rusiyadan neft-qaz alanları da sanksiya gözləyir
Daha çoxAğdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə – 225 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə…
Daha çoxİtaliyada Qərbi Nil virusundan ölənlərin sayı artır
İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 9-a yüksəlib. SİA xəbər verir ki, ötən gün virusa yoluxan daha iki nəfər dünyasını dəyişib. Kampaniya regionunun Kazerta əyalətində 76 yaşlı kişi və Maddalonidə 72 yaşlı kişi virusun növbəti qurbanları olublar. Bu, son iki gündə ölkə üzrə 4-cü, həmin regionda isə indiyədək 5-ci ölüm hadisəsidir. Kazerta əyalətində bu vaxtadək Qərbi Nil virusuna yoluxma hallarının sayı 17-dir. Ölkə üzrə Qərbi Nil virusuna yoluxmuş 59 nəfərdən 16-sı xəstəxanaya yerləşdirilib, 3-ü reanimasiyadadır. Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət,…
Daha çox