Şahzadə ilk dəfə qızı ilə görüntüləndi

Britaniya şahzadəsi Beatrisa bu ilin əvvəlində dünyaya gətirdiyi qızı Afina ilə ilk dəfə ictimai tədbirdə görüntülənib. SİA “Peopletalk” nəşrinə istinadən xəbər verir ki, o, həyat yoldaşı Eduardo və övladı ilə birlikdə İngiltərə yığmasının AVRO-2025-də qazandığı qələbə münasibətilə Londonda keçirilən paradda iştirak edib. Beatris övladının üzünü isə gizli saxlamağa çalışıb.

Daha çox

Moldovada Rusiya telekanallarını yayımlayan internet saytı bloklanıb

Moldovada Rusiya telekanallarının yayımı ilə məşğul olan “HaiTv” internet saytının fəaliyyəti bloklanıb. SİA NewsMaker-ə istinadla xəbər verir ki, bu barədə Moldova hökumətinin sözçüsü Daniel Vode bildirib. Onun sözlərinə görə, qərar Teleradio Şurası da daxil olmaqla, sorğular əsasında qəbul edilib: “Milli maraqları qorumaq üçün sıx koordinasiya, vahid fəaliyyət və peşəkarlıq lazımdır. Konkret misal: “HaiTV” Moldovada bloklanıb”. Daniel Vode qeyd edib ki, son günlər yüzlərlə ölkə sakini “Viber” vasitəsilə bu proqramı yükləmək və ya vebsayta daxil olmaq üçün dəvət alıb. “Teleradio Şurası da daxil olmaqla, bildirişlərdən sonra səlahiyyətli orqanlar onun bloklanmasına dair…

Daha çox

Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı zəlzələdən sonra püskürüb

Kamçatkada baş verən zəlzələdən sonra Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. SİA “Kazinform”a istinadla xəbər verir ki, ötən həftə mütəxəssislər aktivliyin artması ilə əlaqədar Avaçinski, eləcə də Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskiy vulkanlarını ziyarət etməməyi tövsiyə ediblər. Klyuçevskaya Sopka və ya Klyuçevskoy Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Hündürlüyü təxminən 4700 metrdir. Bundan əvvəl Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş vermiş, maqnitudası müxtəlif hesablamalara görə 8,7-yə çatıb. ABŞ Geoloji Xidməti Kamçatkadakı zəlzələnin 1900-cü ildən bəri dünyada başverən ən güclü 10 zəlzələdən biri olduğunu bildirdi. Kamçatkada başverən zəlzələ müxtəlif ölkələrdə sunami xəbərdarlığı…

Daha çox

83 yaşlı prezident dördüncü müddətə namizəd olmaq qərarına gəlib…

Seçkilər bu ilin oktyabrında keçiriləcək… Fil Dişi Sahilinin hökmdarı Alassan Uattara bu ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, 83 yaşlı siyasətçinin dördüncü prezidentlik müddəti olacaq. …Mən namizəd kimi iştirakımı təsdiqləyirəm, çünki sevimli Kot-d’İvuarımızın firavan, dinc və təhlükəsiz ölkə olaraq davam etməsini istəyirəm. Alassan Uattara bunu sosial mediada videomüraciətində bildirib. Xatırladaq ki, Uattara 2011-ci il aprelin 11-də hakimiyyətə gəlib. O, 10 illik fasilədən sonra keçirilən seçkilərdə qalib gəlib. Qeyd edək ki, həmin vaxt o, səslərin…

Daha çox

“Bu, ruslara təsir edə də bilər, təsir etməyə də bilər…”

Tramp deyir ki, əmtəə bazarlarının Rusiyaya qarşı sanksiyalara reaksiyası onu maraqlandırmır. ABŞ prezidenti ölkəsində neft hasilatını artıracağına söz verib… …ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların qlobal neft bazarlarına potensial təsirindən narahat olmadığını bildirib. SİA-nın məlumatına görə, Tramp Şotlandiyadan havaya qalxmazdan əvvəl Air Force One təyyarəsində mətbuata açıqlama verərkən, “Xeyr, vecimə deyil. Ölkəmizdə bu qədər neft var. Neft hasilatını artıracağıq” deyib. Trampın sözlərinə görə, neft artıq “olduqca ucuzdur” və ABŞ hasilatı daha da artırmalıdır. Prezident qeyd edib ki, Ukraynada müharibənin həlli üçün verilən müddət…

Daha çox

Çinin cənubunda sönmüş vulkanlar silsiləsi tapıldı…

…Rodiniyanın parçalanması zamanı iki tektonik plitənin toqquşması nəticəsində yaranan 640 km uzunluğunda vulkanlar silsiləsi Çinin cənubunun dərinliklərində aşkar edilib. Alimlər hesab edirlər ki, bu vulkanlar Yerdəki iqlimə təsir edib. Tədqiqatçılar Çinin cənubunda sönmüş vulkanlar silsiləsi aşkar ediblər. Onların uzunluğu 640 km-ə çatır. Onların təxminən 800 milyon il əvvəl Rodiniyanın parçalanması zamanı iki tektonik plitənin toqquşması nəticəsində əmələ gəldiyi güman edilir. Tektonik plitələrin yerdəyişməsi bölgəni Çin Okean Plitəsi ilə sıxışdıraraq müasir Yangtze plitəsinə ayırdı. Daha sıx olan okean qabığı daha üzən kontinental qabığın altında yer qabığına batdı. Okean qabığı batdıqca qızdırıldı…

Daha çox

“İcazəsiz” namaz qıldığına görə cərimələnib…

Rusiyada, Kostromada 63 yaşlı sakin iş yerində kollektiv namaz təşkil etdiyinə görə 5 min rubl cərimə olunub. SİA xəbər verir ki, GTRK Kostroma-nın (Kostroma haqqında əsas məlumat mənbəyi-A.B.) məlumatına görə, qeydiyyatdan keçməmiş ibadət otağına həftədə 15-ə qədər müsəlman toplaşırmış. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional idarələri, Federal Təhlükəsizlik Xidməti və prokurorluq əməkdaşlarının birgə araşdırmasından sonra həmin şəxsin əməli “qanunsuz missionerlik fəaliyyəti” kimi qiymətləndirilir. …Namaz evi hazırda bağlıdır, lakin bütün qanuni rəsmiləşdirmələr tamamlandıqdan sonra yenidən açıla bilər. …Bundan əvvəl Kamçatkanın müsəlman icmasına qeyri-qanuni namaz qıldıqları üçün xəbərdarlıq edilmişdi. Əli Babayev

Daha çox

Ermənilərin ruslara göndərdikləri meyvə-tərəvəzin həcmi 50 faiz artıb…

…2025-ci ildə Ermənistan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını əhəmiyyətli dərəcədə artırıb. Rosselxoznadzorun məlumatına görə, bu ilin ilk 7 ayında meyvə-tərəvəz məhsullarının tədarükü 103,4 min tona çatıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricilərindən 48,5 faiz çoxdur. SİA-nın məlumatına görə, Ermənistandan Rusiyaya göndərilən kəsim güllərin ixracı əhəmiyyətli dərəcədə artıb – 71,1 milyon ədəddən çox, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Bununla əlaqədar olaraq, iyunun 27-də çiçək məhsullarının idxalının yeni proseduru tətbiq edilib ki, bu da istehsalçıdan istehlakçıya qədər bütün tədarük zəncirinin məcburi izlənməsini…

Daha çox

“Kremili müharibəni dayandırmağa məcbur etməyin iki yolu var”

Trampın iqtisadi sanksiyalardan daha çox təsir rıçaqları var… …ABŞ prezidenti Donald Tramp Kreml lideri Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verilən vaxtı əhəmiyyətli dərəcədə qısaltmaq niyyətində olduğunu bildirib. 50 gün 10-12-yə çevrildi və avqustun 8-9-da başa çatması gözlənilir. Putin Ağ Evin yeni, daha sərt ultimatumuna necə reaksiya verəcək? Yəqin ki, keçən dəfəki kimi, heç nə. Amma reallıqda Trampın Putin üzərində iqtisadi sanksiyalardan daha ciddi təsir rıçaqları var. Məsələn, o, Rusiyaya dəstəyi dayandırmaq üçün Çinlə danışıqlar apara bilər. Belə getsə, Kreml də Şimali Koreyadan…

Daha çox