Bəs, mən demişdim axı… Yadınızda olar, təqribən 100, bəlkə də bir az çox vaxt bundan əvvəl də belə oldu… Deməli, indi Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də…
Daha çoxDay: July 31, 2025
Ailədə yükü çəkən qadınlardı, yoxsa kişilər?
Cəmiyyətimizdə illərdir müzakirə olunan məsələlərdən biri də ailə daxilində məsuliyyət bölgüsüdür. Bəs görəsən, bu gün ailədə əsas yük kimlərin üzərindədir – qadınların, yoxsa kişilərin? Bu sual ətrafında SİA-nın əməkdaşı vətəndaşların fikirlərini öyrənməyə çalışıb. Şəhər sakni Məmməd Heydərov: “Əlbəttə, ev işləri qadının üzərindədir. Amma bu, belə olmamalıdır. Elə ailə var ki, qadın kişidən də çox qazanır. Cəmiyyətin içində hər cür insan var. Amma eləsi də var ki, kişi arvadı qoyur, gedir. Qadın həm işləyir, həm dolanışığı təmin edir, həm də ailəsini saxlayır. Mənim qonşuluğumda belə bir qadın var. Onun kişisi alkoqolik…
Daha çoxPrezidentlikdən gedən Baydenin necə yaşadığı məlum olub…
ABŞ-ın keçmiş prezidenti Cozef Bayden dövlət başçısı vəzifəsindən getdikdən sonra təvazökar həyat tərzi sürür, dəbdəbədən qaçır və kommersiya uçuşları ilə məşğul olur. SİA xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadən yazır. Portalın məlumatına görə, fövqəldövlətin keçmiş rəhbərinin hələ də tabeliyində 1-2 köməkçisi və bir neçə Məxfi Xidmət əməkdaşı var. …O, tez-tez keçmiş dövlət başçıları ilə əlaqəli lüks və eksklüzivlik olmadan kommersiya məqsədli uçur, – məqalə müəllifi izah etdi. Onun sözlərinə görə, küçələrdə insanlar Baydeni tanıyır və onun əlini sıxırlar. Eyni zamanda, Vaşinqtonda 46-cı prezidentin keçmiş müşavirləri siyasətçinin vəzifədə…
Daha çoxSOCAR-ın “Gənc İstedadlar Proqramı”nın iştirakçıları üçün təlimlər keçirilir
SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılar üçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzularda interaktiv təlimlər təşkil edilir. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən “Vaxtın idarə olunması”, “Emosional zəka”, “Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”, “Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktiv təlimlər keçirilib. Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavə olaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdi və peşəkar inkişafını hədəfləyir. Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrup fəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlar əldə edir, təcrübələrini daha…
Daha çoxRusiyada daha bir zavod dördgünlük iş rejiminə keçir
Likinski Avtobus Zavodu (LiAZ) dördgünlük iş həftəsinə keçib. SİA xəbər verir ki, bu barədə Mash kanalı məlumat yayıb. Qeyd olunur ki, bu, artıq belə qrafikə keçən dördüncü rus avtomobil istehsalçısıdır. Müvafiq qərar dövlət tenderlərinin azalması və Rusiya avtobuslarına tələbatın azalması ilə əlaqədar qəbul edilib. Artıq bir aydır ki, şirkət əməkdaşlarının ixtisar olunmuş qrafiklə işlədiyi qeyd edilir. Onların maaşları 15 faiz azaldılıb. Bəzi insanlar saatlıq ödənişə köçürülüb. Bəzi insanlar maaşla işləyirlər. Bundan əvvəl AvtoVAZ dördgünlük həftəyə keçidlə bağlı qərarın hələ verilmədiyini bildirmişdi. Qrafikin dəyişdirilməsi məsələsinə payızda qərar veriləcək. Öz növbəsində, Rusiyanın…
Daha çoxƏlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda növbəti “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı, bilik və bacarıqlarını daim inkişaf…
Daha çoxZoomerlər qlobal sənət bazarını dəyişir…
Hərrac satışları azalır… …Dünyanın ən böyük hərraclarında sənət əsərlərinin satışları üçüncü ildir ki, azalır. 2025-ci ilin ilk altı ayında Sotheby’s, Christie’s və Phillips-də ümumi satışlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz və 2022-ci ilin göstəricisindən 44 faiz aşağı olmaqla 3,98 milyard dollar təşkil edib. Bu, 2020-ci pandemiya ili nəzərə alınmasa, son onillikdə ən aşağı səviyyədir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNBC yazır. Müharibədən sonrakı və müasir incəsənət seqmenti 19 faiz azalma ilə xüsusilə zərər çəkib. Analitiklər azalmanın səbəbini qlobal iqtisadi qeyri-müəyyənlik,…
Daha çoxUğur üçün özünüzü necə hazırlamalısınız…
Durub tərəqqinizi qiymətləndirmək vaxtıdır… …İlin ortalarına qədər bir çox insanlar yanvarın əvvəlində olan həvəslərini itirirlər. Məqsədlər uzaq, irəliləyiş isə qeyri-kafi görünür. Amma bu, özünütənqid üçün əsas deyil. İndi yenidən düşünmək və yenidən qurmaq üçün mükəmməl vaxtdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Psychology Today yazır. Tutduğunuz yolu və uğurlarınızı qiymətləndirin. Hətta kiçik qələbələr də önəmlidir. İlin əvvəlindən indiyədək nələrə nail ola bilmisiniz? Hansı çətinliklərin öhdəsindən gəldiniz? Bu suallara cavab vermək sizə emosional aydınlıq və inam qazanmağa kömək edə bilər. Uğursuzluqları yenidən çərçivələyin. Uğursuzluqlar son…
Daha çoxUels şahzadəsi Keyt Middlton özünü yeni rolda sınayır…
Bu dəfə muzeyin kuratoru… Uels şahzadəsi Keyt Middlton muzeyin kuratoru kimi yeni vəzifəyə başlayıb. 2025-ci ilin iyun ayında Londonun V&A East Storehouse-a səfəri zamanı o, 2026-cı ilin əvvəlinə qədər ictimaiyyətə pulsuz açıq olacaq “Makers and Makers” adlı mini-sərgi üçün parçalar seçib. SİA-nın məlumatına görə, bu barədə “People” jurnalı yazır. Keyt müxtəlif dövrlərə və mədəniyyətlərə aid obyektləri seçmək üçün muzeyin kurator komandası ilə işləmişdir. Sərginin mərkəzi yerini Oliver Messelin yaratdığı “Yatmış gözəl” (1960) baletindən “Meşə talaları pərisi”nin kostyumu tutur. Mətbuatın fikrincə, seçimə Keytin 10 yaşlı qızı,…
Daha çoxSosial Xidmətlər Agentliyi daha 17 məhkumun qiymətləndirilməsini aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə icra olunan Tədbirlər planı əsasında cəzaçəkmə müəssisələrində sosial reabilitasiya tədbirlərini davam etdirir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, agentliyin əməkdaşları Lənkəran Penitensiar Kompleksinə baş çəkərək cəza müddətinin sonuna az qalmış məhkumlarla görüşüblər. Görüş iştirakçılarına agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib. Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə mütəxəssislər onların ailələrinə səfərlər edir, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq həmin şəxslər sosial-psixoloji, həmçinin digər müvafiq xidmətlərlə təmin…
Daha çox