Yaxud, Suriyadan keçən qaz kəmərlərinin perspektivləri SVOP razılaşmasına əsasən Azərbaycandan ixrac olunan qaz Kilis üzərindən Suriyaya nəql olunacaq. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan rəsmilərlə Kilisdə mərasim keçiriləcək. Azərbaycan üçün bu, təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda şaxələndirilmiş ixrac imkanlarının yeni bir regionda tətbiqidir. Suriyaya qaz nəqli ciddi enerji problemi olan Suriyaya bir dəstəkdir. Nəzərə alsaq ki, Suriya “Ərəb qaz şəbəkəsi” sisteminə qoşulub, deməli Azərbaycan bu şəbəkənin digər üzvləri Livan, İordaniya və Misirə də öz qazını ixrac edilə bilər. İyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü…
Daha çoxDay: July 31, 2025
Şəhid övladları üçün “YAŞAT” yay məktəbi Londonda davam edir
“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər. Proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. Şagirdlər dünyanın ən məşhur meydanlarından biri olan Trafalgar meydanında, Böyük Britaniyanın və dünyanın ən…
Daha çoxSOCAR bu ilin II rübünün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 18 min metr qazma işləri həyata keçirib. SİA SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 % artaraq 12,7 milyard kubmetr təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton xam neft hasil olunub.…
Daha çox“Fransa əgər doğrudan da beynəlxalq hüququn tərəfdarıdırsa,…”
“Fransa Milli Assambleyasının qətnaməsində Azərbaycanın məhkəmə sisteminə qarşı səsləndirilən “qeyri-qanuni məhkəmə prosesi” ittihamları təkcə hüquqi deyil, həm də siyasi kontekstdə təhlil olunmalıdır. Bu ittihamlar bir sıra beynəlxalq hüquqi prinsiplərə və dövlətlərin suveren hüquqlarına ziddir və Fransanın beynəlxalq hüquqa münasibətdə tətbiq etdiyi ikili standartların bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, məhkəmə hakimiyyəti hər bir suveren dövlətin daxili işidir və bu prinsip BMT nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüququn əsas sənədlərində öz əksini tapır. Azərbaycan Respublikasının hüquq sistemində məhkəmə müstəqilliyi Konstitusiya ilə qorunur və ölkənin…
Daha çoxARDNF-nin əsas səhm portfelində gəlirlilik göstəriciləri aşağı düşüb
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əsas səhm portfeli üzrə idarə edilən aktivlərin həcmi artsa da, portfelin gəlirlilik göstəriciləri əvvəlki illə müqayisədə azalıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində bildirilir. Sənədə əsasən, iri xarici investisiya menecerləri tərəfindən idarə olunan əsas səhm altportfeli üzrə gəlirlilik 2023-cü ildə 22,9 % olduğu halda, 2024-cü ildə 19,8 %-ə enib. Bu, 3,1 faiz bəndi azalma deməkdir. Ən ciddi azalma isə “UBS EU Ex UK” altportfeli üzrə qeydə alınıb. Bu portfelin illik gəlirliliyi 2023-cü…
Daha çoxABŞ üçün ən vacibi
Tramp müxtəlif ölkələrlə ticarət müqavilələri imzaladı ABŞ bir neçə ölkə ilə ticarət sazişləri imzalayıb, həmçinin Donald Trampın tariflərin tətbiqi üçün müəyyən etdiyi son tarixdən – avqustun 1-dən əvvəl Hindistan və Braziliyaya tariflər tətbiq edib. “1 avqust tarixi dəyişməzdir və uzadılmayacaq. Amerika üçün vacib bir gün!” , Tramp Truth Social-da yazıb. Cənubi Koreya Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar sərmayə qoyacaq və Amerika şirkətlərindən 100 milyard dollar dəyərində enerji resursları alacaq. Bu, iki ölkə arasında ticarət sazişinin nəticələridir. Donald Tramp xəbəri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Cənubi Koreya üçün…
Daha çox“Təhsildə virtual məktəblər real məktəbləri əvəz edə bilər”
“Hər dövrün özünün tələb olunan sənət və peşələri olur ki, o zaman o istiqamətdə çoxsaylı işçi qüvvəsinin axınını biz görürük. Vaxtilə at arabası sürənlər, fayton sürənlər, yaxud at nalını döyənlər, gündəlik məişət əşyalarını primitiv, öz sexlərində hazırlayan dəmirçilər, dulusçular, bel və yaxud oraq istehsal edən və s. peşə sahibləri var idi. O dövrdə texnika, mexanika, avtomatlaşma inkişaf etmədiyindən, bu peşələr dəbdə idi”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, XX əsrdə də qəribə peşələr var idi: “Lift idarəçiləri, küçə işıqlarını yandıranlar, kilsə zəngi çalanlar və…
Daha çoxNaxçıvanda “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyaları yenidən qurulur
Naxçıvanda “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. SİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. O, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında görüləcək işlərin müəyyənləşdirilərək icrasına başlanıldığını bildirib. F.Nəcəfli qeyd edib ki, Babək rayonunda torpaqların su təminatının yaxşılaşdırılması əsas prioritet hədəflərdəndir: “Dövlət Proqramı çərçivəsində “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. Həmçinin Əlincəçaydan…
Daha çoxXalqımızın tarixini, varlığını özündə yaşadan Azərbaycan dili
“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” – bu dəyərli fikir ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan sonsuz sevgisinin və milli kimliyimizin əsasında dayanan ana dilimizə verdiyi yüksək qiymətin bariz ifadəsidir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixini, mədəniyyətini, mənəviyyatını və milli yaddaşını özündə yaşadan müqəddəs varlıqdır. Heydər Əliyev dilin xalqın varlığını, birliyini və gələcəyini müəyyən edən başlıca amillərdən biri olduğunu hər zaman vurğulamış, onun qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. O, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, tədris…
Daha çoxDƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı…
Daha çox