Bakı Mühəndislik Universiteti İkili Diplom Proqramı ilə bağlı səyahət sığortasının satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Qalib şirkətə 2 324 manat ödəniləcək. Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 3 681 manat ödənilib.
Daha çoxDay: July 31, 2025
“Boşanmaq cəsarət deyil, bəzən məcburiyyətdir”
Boşanmaq – bir zamanlar ailə institutuna ən böyük təhlükə sayılırdı, insanlar ailələrini qorumaq üçün son ana qədər mübarizə aparır, “ayıb olar” qorxusu ilə dözürdülər. Amma indi mənzərə dəyişib. Cəmiyyət dəyişdikcə ailə institutunun qəbul etdiyi “normalar” da dəyişir. “Müasir dövrdə qadınlar boşanmaqdan qorxmurlar. O bildirir ki, bu gün boşanma faktları təkcə artmır, həm də ictimai qınaq obyekti olmadan qəbul edilir. Əgər kiminsə boşanmadan qorxduğunu iddia edən varsa, qoy statistikaya baxsın. Bu qorxu anlayışı 10-15 il əvvəldə qaldı. İndi insanlar ailəni dağıtmaqdan çəkinmir, boşanmaq isə artıq “ayıb” deyil, bəzən hətta çıxış yolu…
Daha çoxAMB daha iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC və “Mpay” QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, “PulPal”a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, “Mpay”ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili…
Daha çoxHikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb. SİA xəbər verir ki, bu barədə səfir “X”də yazıb. Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib. “Azərbaycanın Ukrayna ilə davamlı dəstəyinə və həmrəyliyinə görə minnətdaram”,- deyə Y.Qusev vurğulayıb.
Daha çoxSeparatçılar İrana təzyiqləri artırır
İranla sərhəd yaxınlığında kürd və bəluc qrupları fəallığını artırır. İranın İraqla qərb sərhədi yaxınlığında (Kürd bölgəsi) və Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələrinə hücumlar getdikcə daha çox baş verir. Ekspertlərin fikrincə, bu cür fəallıq son İran-İsrail münaqişəsinin birbaşa nəticəsidir. Xaricdən fəaliyyət göstərən və İranın biznes elitasına yaxın olan “Amwaj Media” nəşri İranın sərhəd bölgələrində hücumların intensivləşməsi barədə məlumat yayıb. Onun hesablamalarına görə, etnik azlıqların yaşadığı bölgələrin İslam Respublikasından ayrılması ideyasını dəstəkləyən kürd və bəluc qrupları İran və İsrail arasında 12 günlük müharibədən sonra fəallıqlarını artırmağa…
Daha çox“Sosial media hər hissin nümayiş olunacağı yer deyil”
“Sosial şəbəkələrdə ağladığını paylaşanlar, məzar daşı ilə şəkil çəkdirib yayımlayanlar son zamanlar daha çox müşahidə olunur. Bu cür paylaşımlar bəzən səmimi hisslərin ifadəsi kimi görünə bilər, lakin çox zaman cəmiyyət tərəfindən qeyri-etik və yersiz sayılır. Kədər, ağrı, yas kimi duyğular şəxsi və dərin yaşantılardır. Onları hər kəsin gözü önündə nümayiş etdirmək bu hisslərin dəyərini azaltmaqla yanaşı, bəzən diqqət çəkmə vasitəsi kimi də yozula bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib. Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Məzar başında şəkil paylaşmaq isə xüsusilə həssas mövzudur. Bu…
Daha çoxMədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxAvqustun 1-nə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi…
Daha çoxMedia nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər
Tədbir çərçivəsində qonaqları “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin baş direktoru Rəna Məmmədova və digər rəhbər şəxslər qarşılayıblar. Media nümayəndələri Coca-Cola Azərbaycanın İsmayıllıda fəaliyyətə başlayan yeni zavodu, bu zavoda qoyulan yeni investisiyalar, müasir beynəlxalq standartlara cavab verən istehsal prosesi, dünya keyfiyyət və təhlükəsizlik standartlarının burada təmin edilməsi, zavodun fəaliyyətinin əhalinin məğulluğuna töhfə verməsi barədə məlumatlandırılıblar. Daha sonra media nümayəndələri zavod ərazisində istehsal prosesini yaxından izləyib, müəssisənin texnoloji imkanları ilə tanış olublar. Qeyd edək ki, səfər Milli Mətbuat Günü ərəfəsinə təsadüf etdiyi üçün Coca-Cola əməkdaşları tərəfindən jurnalistlərin peşə bayramları təbrik edilib. Xatırladaq…
Daha çox“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində dəyişiklik edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Xidmətin İcraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi. Nizamnaməyə əsasən, Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.
Daha çox