Dünya qızıl ehtiyatlarını niyə ABŞ-da saxlayır?

ABŞ qızıl ehtiyatlarının, o cümlədən xarici ölkələrin ehtiyatlarının saxlanması üzrə dünya lideri olaraq qalır. Bununla belə, ayrı-ayrı ölkələr öz qızıl ehtiyatlarını dövlətlərdən ixrac etmək üçün səy göstərirlər. Səbəblər Kazinform agentliyinin öz müxbirinin materialındadır. Dünya Qızıl Şurasının məlumatına görə, müxtəlif banklarda saxlanılan dünya qızıl külçələrinin ümumi həcmi 31 min ton qiymətləndirilir ki, bunun da 8133,5 tonu ABŞ-a məxsusdur ki, bu da dünya qızıl ehtiyatlarının 26,2%-ni təşkil edir. Dünyanın ən böyük və ən etibarlı qızıl anbarlarından bəziləri ABŞ-da yerləşir. Nyu-York Federal Ehtiyat Bankı təxminən 6700 ton qiymətli metal saxlayan dünyanın ən böyük…

Daha çox

Erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə,…

Daha çox

Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin…

Daha çox

“Azərbaycanın qayıdışı artıq yalnız simvolik bir hərəkət deyil,…”

“Cəbrayıl şəhərinə növbəti köç karvanının yola salınması, Azərbaycanın post-müharibə reallığında suverenliyini möhkəmləndirməsinin ən mühüm nümunələrindən biridir. Bu addım, işğaldan azad olunmuş torpaqlarda dövlətin faktiki nəzarətinin və idarəçiliyinin bərpasını simvolizə edir. Cənab Prezident İlham Əliyev bu prosesin yalnız hərbi qələbə ilə yekunlaşmadığını, əsas hədəfin bu torpaqlarda dayanıqlı sülh, təhlükəsizlik və insanların həyatının bərpası olduğunu hər zaman vurğulamışdır. Cəbrayıla köç, məhz bu siyasətin bir təzahürüdür və dövlətimizin bölgədə münaqişə deyil, sülh və sabitlik yaratmaq istiqamətində ciddi addımlar atdığına bir daha əminlik yaradır”. Bunu SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Bu köç həm…

Daha çox

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 73,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar azalaraq 69,86 dollar təşkil edib.

Daha çox

QHT-lərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi təsdiqlənib

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişikliyi təsdiq edib. Sənədə əsasən, hazırki tələblərə uyğun olaraq qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi…

Daha çox

Yol polisi valideynlərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və qəyyumlara çağırış edib. BDYPİ-dən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər. Şübhəsiz ki, heç bir…

Daha çox

“SOCAR Polymer” ixrac gəlirlərini 12 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 129 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. SİA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir. Bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 13,9 milyon ABŞ dolları və yaxud 12,07 % çoxdur. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Daha çox

AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa sözlə, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq. Bundan başqa, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı…

Daha çox