Azərbaycan xalqı tarixinə, dilinə, milli dəyərlərinə sahib çıxan xalq kimi tanınır

Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hər bir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncam bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib hissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkib hissələrindən olan dilimizin qorunmasına yönələn addımların əhəmiyyətinin daha aydın şəkildə özünü nümayiş etdirdiyini görə bilərik.…

Daha çox

Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək. Dövlət qurumundan SİA-ya verilən məlumata görə, avqustun 4-də təşkil ediləcək qəbula Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar qatıla bilərlər. Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək. Bildirilib ki, Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Daha çox

AMB kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair qaydanı dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, milli valyutada istehlak kreditlərinin təminatı ilə bağlı meyarlara dəyişiklik edilib. Belə ki, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat…

Daha çox

“Sərəncam Naxçıvanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır”

“29 iyul 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dövlət nəzarətinin və dəstəyinin gücləndirilməsi istiqamətində mühüm addım atılmışdır. Sərəncama əsasən, mərkəzi icra hakimiyyəti orqanları – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Elm və Təhsil Nazirliyi (ETN) Naxçıvanda birbaşa fəaliyyət göstərə və sosial-iqtisadi proseslərdə aktiv iştirak edə biləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib. Azər Badamov sözlərinə belə davam edib: “Bu qərar Naxçıvanın mövcud…

Daha çox

Hə, bu dəfə isə Medvedev Trampın hədələrinə sərt cavab verdi…

Deyirəm, bunun da elə,.. yalandan kola hürməyi var..? …Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın əsəbiləşdiyini və bunun “Rusiyanın hər şeydə haqlı olduğunu” göstərdiyini bildirib. SİA-nın məlumatına görə, bu barədə Medvedev Telegram kanalında yazıb. Bundan əvvəl Medvedev Trampın Ukrayna ilə bağlı ultimatumlarını təhlükə və “müharibəyə doğru addım” adlandırmışdı. O qeyd edib ki, Moskvanın Kiyevlə necə danışıqlar aparacağına qərar vermək Trampdan asılı deyil. Bundan sonra Tramp sosial şəbəkəsində Medvedevi “Rusiyanın uğursuz keçmiş prezidenti” adlandırdığı yazı dərc edib. ABŞ prezidenti bildirib ki,…

Daha çox

Azərbaycanda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün növbəti müsabiqə elan edilib

Ədliyyə Nazirliyinin əhaliyə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notarius korpusunun peşəkar hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür. SİA xəbər verir ki, Ədliyyə Nazirliyinin İxtisas Komissiyası notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları üçün növbəti açıq müsabiqə elan edib. Müsabiqənin birinci mərhələsi – test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal təqdim olunacaq. Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə…

Daha çox

ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb

2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub. Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib. 2024-cü ilin…

Daha çox

“Davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır”

“Ailədə baş verən dava-dalaş, söz-söhbət və mütəmadi münaqişələr uşağın psixologiyasına son dərəcə mənfi təsir göstərir. Ailə hər bir uşağın həyatında ilk və ən vacib sosial mühitdir. Uşaq bu mühitdə ilk dəfə sevgi, güvən, dəstək və münasibət anlayışları ilə tanış olur. Əgər ailə daxilində müsbət emosional atmosfer hökm sürürsə, uşaq da özünü təhlükəsiz və dəyərli hiss edir. Lakin əgər evdə daim mübahisə, qışqırıq və aqressiya müşahidə olunursa, bu, uşağın emosional sabitliyini pozur, qorxu, narahatlıq və gərginlik hissləri formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Onun sözlərinə görə, uşaqlar yaşlarından…

Daha çox

YAP Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbinin bağlanış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbinin bağlanış mərasimi keçirilib. YAP Nizami rayon təşkilatının qərargahında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirələrinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə yay məktəbi çərçivəsində görülən işlərə dair hesabat video-çarxı nümayiş etdirilib. Sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbərinin müavini Ramilə Bədəlova, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər. Bildirilib ki, partiyanın gənclərin asudə…

Daha çox

ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb, lakin pilot sağ qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in məlumatına görə, Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada F-35-in saat 18:30 radələrində qəzaya uğradığı bildirilib. Bildirilib ki, pilot ejeksiyon sistemindən istifadə edərək təyyarədən təhlükəsiz şəkildə çıxıb və qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Açıqlamada qeyd olunub ki, F-35, pilot və ekipaj təlimlərinə cavabdeh olan VF-125 VF-125 Vuruş Qırıcı Eskadrasının bir hissəsidir. Hadisə yerindən olan görüntülərdə təyyarənin düşdüyü açıq ərazidən alov və sıx tüstünün yayıldığı görünür. Bu arada, yanvar ayında…

Daha çox