Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 3 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.

Daha çox

Hesablama Palatası ARDNF-in 2024-cü il büdcəsinin icrasına rəy verib

Hesablama Palatası 2025-ci il iş planına və 24 aprel 2025-ci il tarixli Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş proqrama əsasən Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditini aparıb, qurumun 2024-cü il büdcəsinin icrasına rəy verib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, auditor hesabatının hazırlanmasında “Hesablama Palatası haqqında” qanunun 22.13-cü maddəsinin, Hesablama Palatası Kollegiyasının 7 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”nın, Hesablama…

Daha çox

Donetskin Çasiv Yar şəhərini tutduq

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Çasiv Yar şəhərini ələ keçirdiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb. Bəyanatda deyilir: “Cənub Hərbi Qrupunun Kramatorsk-Drujovsk istiqamətində bölmələrinin hücumları nəticəsində Donetsk Xalq Respublikasının Çasov Yar şəhəri azad edilib. Ukrayna ordusu Çasov Yardan yenidən qruplaşma mərkəzi və atəşə dəstək bazası kimi istifadə edirdi. Hərbi ekspertlər bildiriblər ki, şəhər Rusiya ordusunun Donetskə dərin irəliləyişinə mane olan mövqeyə malikdir”.

Daha çox

Ötən gün 36 cinayətin açılması təmin edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb. Həmçinin dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi…

Daha çox

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Suriya-İsrail danışıqları yenə Bakıda – Azərbaycan etibarlı dialoq məkanıdır

Mətləb Salahov: “Bu vasitəçilik təşəbbüsü beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzumuzun göstəricisidir” “Son illər Azərbaycan beynəlxalq səviyyədə ən kritik danışıqlar üçün ən münasib və etibarlı dialoq məkanı kimi formalaşıb. Bu, həm də beyənlxalq səviyyədə ölkəmizə olan etibar və etimadın göstəricisidir. Azərbaycan Rusiya-NATO danışıqları, habelə Türkiyə- İsrail münasibətlərinin normaya salınması üçün mühüm platforma, vasitəçi missiyasını həyata keçirib. Həm də böyük uğurla. Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü isə son illər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilə bilər.” Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib.…

Daha çox

Tramp Medvedevə sərt cavab verdi…

Amerika lideri alçaldıcı şəkildə rəqibinin siyasi keçmişini xatırladıb. ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin müharibə hədələrinə sərt cavab verib. Amerika lideri ona xəbərdarlıq edib ki, bu cür bəyanatlar təhlükəlidir. SİA-nın məlumatına görə,Tramp bu barədə Truth Social-da yazıb. Medvedevə cavab olaraq Tramp deyib ki, ABŞ Rusiya və ya Hindistanla iqtisadi əməkdaşlıqda maraqlı deyil və onların iqtisadiyyatlarını “ölü” adlandırıb. …Hindistanın Rusiyaya nə edəcəyi məni maraqlandırmır. Onlar birlikdə ölmüş iqtisadiyyatlarını məhv edə bilərlər. Biz Hindistanla demək olar ki, heç bir iş görmürük, onların tarifləri çox…

Daha çox

Hesablama Palatası ARDNF-ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərini təkmilləşdirməli, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görməli, bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanı artırmalıdır. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir. Bundan başqa, Palata Fonda aşağıdakıları tövsiyyə edib: – Likvidlik göstəricilərində, xüsusilə cari hesab qalığında müşahidə olunan aylar üzrə dəyişkənliyin və…

Daha çox