Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb


Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 4-də keçiriləcək seçkilər ilə əlaqədar Tbilisi meri vəzifəsinə Kaxa Kaladzeni namizədliyini rəsmi olaraq irəli sürüb.

SİA xəbər verir ki, hazırda Mtatsminda Parkında Kaxa Kaladzenin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir keçirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” komandası adından Kaxa Kaladzeni paytaxt merliyinə namizəd kimi irəli sürüb. Tədbirdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edir.

Qeyd edək ki, K.Kaladze ilk dəfə 2017-ci ildə, ikinci müddətə isə 2021-ci ildə paytaxt meri seçilib.

Məlumat üçün bildirək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Əlaqəli Xəbərlər