Batalyonlardan biri artıq formalaşıb… Belarusda ordunun yeni xüsusi əməliyyat briqadası formalaşmağa başlayıb; o, Qomel vilayətində yerləşəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus silahlı qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin komandanı Vadim Denisenko bildirib. O, bu qərarın sərhədin cənub hissəsini gücləndirmək üçün verildiyini izah edib. Cənubda isə Belarus Ukrayna ilə həmsərhəddir. …Bu gün bu, hamımızı yaxşı vəziyyətdə saxlayan ən, belə desək, narahat olmayan istiqamətdir. Buna görə də orada ayrıca hava desant-hücum briqadasının yaradılması barədə qərar qəbul edilib. Denisenko bunu təbliğat telekanalına müsahibəsində deyib. Onun formalaşmasına artıq başlandığını…
Daha çoxDay: August 1, 2025
Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir
Türk dilləri ailəsində xüsusi mövqeyə malik Azərbaycan dili 70 illik sovet rejimi dövründəki maneələrə rəğmən öz mövcudluğunu qoruyub saxlayıb. Çünki bütün təhlükələrin, mümkün risklərin qarşısı vaxtında alınırdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqı xalq, milləti millət edən onun ana dilidir. Biz hər addımda bu kəlamın əhəmiyyətini, vacibliyini hiss edirik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat bildirib ki, Ümummilli Liderin Azərbaycan dilinin qorunması istiqamətində atdığı cəsarətli addımlar həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xidmət edirdi. Hələ 1977-ci ildə…
Daha çoxAzərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanılıb
Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən “ASAN İmza” vasitəsilə daxil ola bilərlər. “ASAN İmza” yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir. Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün nazirliyə…
Daha çoxStarmer və Zelenski Trampın Rusiyaya ultimatumunu tərifləyirlər..?
Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampın Rusiyaya ultimatumunu yüksək qiymətləndiriblər. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisinin nümayəndəsi məlumat verib. …Hər iki lider Trampın Rusiya üçün müəyyən etdiyi yeni müddəti alqışladılar. Bunu ofisin nümayəndəsi bildirib. Açıqlamaya görə, Starmer və Zelenski Rusiyanın sülh razılaşmasının əldə edilməsində “əhəmiyyətli irəliləyiş əldə etməsinə” sadiqdirlər. Bundan əvvəl Zelenski Britaniyanın baş naziri ilə söhbət etdiyini, söhbətdə Rusiya əleyhinə sanksiyalar və ABŞ-la əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Əli Babayev
Daha çoxAMB kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib
Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. SİA-nın məlumatına görə, yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb. Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən olunub. Dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə müşayiət olunub. Yeni qaydalara əsasən,…
Daha çoxMülki şəxslər məhkəmədə ifadə veriblər
Bakı Hərbi Məhkəməsində avqustun 1-də məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Akifə Bayramova bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb. SİA xəbər verir ki, Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib. Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının…
Daha çoxİranda oğurluğa görə məhkum edilmiş üç nəfərin barmaqları kəsilib
SİA-nın məlumatına görə, Daily Mail yazır ki, İranda bir neçə dəfə oğurluq edən üç məhkumun barmaqları məhkəmə qərarı ilə amputasiya edilib. Mediada yayılan xəbərlərə görə, bu adamlar “peşəkar oğru” sayılırdı və dörd müxtəlif əyalətdə 40-dan çox şəxsi iddiaçıları var idi. İran Ali Məhkəməsi bütün apellyasiya prosesləri başa çatdıqdan sonra hökmü qüvvədə saxlayıb. Cəza baş barmaq istisna olmaqla, sağ əlin dörd barmağının kəsilməsi ilə həyata keçirilib. İran tərəfinin bildirdiyinə görə, məhkumlar zərərçəkmişlərlə əməkdaşlıqdan imtina edib və oğurladıqları qiymətli əşyaları, əsasən qızıl-zinət əşyalarını qaytarmayıblar ki, bu da onlara daha yüngül cəza gözləməyə…
Daha çoxSaleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağsu rayonunda vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, qəbulda Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Daha çoxMaliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib. Bu barədə SİA-ya nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 450 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iki üç bankında 28 günmüddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Daha çoxÖtən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə mina, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 7 058,9 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən…
Daha çox