Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilərlər

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirir. Bu barədə SİA-ya DİN-dən məlumat verilib. Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur: “Mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə…

Daha çox

Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi ilə görüşüb

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, K.Heydərov bu il iyulun 8-10-da Bakıda BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini Azərbaycan adına uğurlu nailiyyət adlandırıb. Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir ölkənin hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini…

Daha çox

Avropada qaraçı Holokostu qurbanlarının xatirəsi yad edilir

Avropada 1944-cü il avqustun 2-də Osvensim-Birkenau düşərgəsində qaz kameralarında ölümə göndərilən 4 300 qaraçı və sinti-uşaqlar, qadınlar və kişilərin xatirəsi anılır. SİA-nın məlumatına görə, bu barədə Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen, sosial hüquqlar üzrə icraçı vitse-prezident Roksana Mınzatu və bərabərlik məsələləri üzrə komissar Haci Labibin birgə bəyanatında bildirib. “Bu kədərli gündə biz Holokost – milyonlarla günahsız insanın həyatına son qoymuş soyqırımı zamanı həlak olmuş 500 min qaraçının hamısını xatırlayırıq. Bu faciə Avropanın hər yerində ailələri, icmaları və mədəniyyətləri məhv etdi”, – bəyanatda qeyd olunub. Bu il həmçinin avqustun…

Daha çox

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib

İyulun 31–də Yasamal rayon Heydər Əliyev Mərkəzinin və “SübhNur” Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə millət vəkili Aydın Mirzəzadə, Yasamal Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli, “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova, AzTU–nun Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşı Nərmin Azadova, yazıçı–publisist, şair Gülarə Munis, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliylinin üzvü Nəcibə İlkin,…

Daha çox

İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.…

Daha çox

Bakıda Əbdürrəhim bəy Haqverdiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan avqustu 3-ü saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Azərbaycanın Asiya İnfrastruktur və İnvestisiya Bankından borclanmanı 16 % azaldıb

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 1,7 %-i və ya 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.

Daha çox

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir. Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib. Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili…

Daha çox