“Fransa Milli Assambleyasında Ermənistanla bağlı təqdim olunan və qəbul edilən qətnamələr Fransa dövlətinin Cənubi Qafqaz siyasətində birtərəfli və qeyri-obyektiv yanaşmasının davamıdır. Bu qətnamələrin məqsədi yalnız humanitar və ya hüquqi deyil – daha dərinə gedən geosiyasi məqsədlər güdür. Fransa regionda möhkəmlənmək, təsir imkanlarını artırmaq və eyni zamanda Azərbaycanı siyasi təzyiq altında saxlamaq istəyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, Fransanın bu cür addımları Ermənistanla münasibətləri xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa xidmət edir. Həm Fransa Senatında, həm də Milli Assambleyada ard-arda qəbul edilən sənədlər Ermənistanın maraqlarını müdafiə…
Daha çoxDay: August 1, 2025
“Rəqqasə sənətçi deyil!!” – jurnalistdən saytlara İRAD
“Bu gün 1 avqust ana dili günüdür. Çox təəsüf edirəm ki, son illər doğma ana dilimizin başına gətirilən müsibətlərdə nəzarətsiz poliqona çevrilən sosial şəbəkələr, qeyri ciddi saytlar, habelə dərəbəyliyə çevrilən televiziya efirləri “böyük paya” sahibdirlər. jurnalist olaraq ana dilimizin bərbad günə qoyulmasında bəzi saytlardakı “həmkarlarımın” məsuliyyətsizlikləri barədə danışacam. Mətbuat təkcə söz deyil, həm də o sözün doğmalığını, tələffüz və qaydalarını qoruyan, onun keşiyində duran və maarifləndirdiyi cəmiyyəti də buna istiqamətləndirən dördüncü hakimiyyətdir. Lakin son illər doğma dilimizin öz mətbuat səhifələrimizdə kobud şəkildə pozulması, yad terminlərin Azərbaycan dilinə “calaq edilməsi” adi…
Daha çoxAzərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. SİA bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152…
Daha çoxİcra prosesində yeni mərhələ
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir. Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak…
Daha çoxGöygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək. Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi…
Daha çoxNyu-York və Nyu Cersidə fövqəladə vəziyyət elan edilib
ABŞ-ın şərq sahillərində yağan güclü yağış səbəbindən Nyu-York və Nyu Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olub. Yağış şəhərdaxili nəqliyyatın hərəkətini dayandırıb, stansiyalara ziyan vurub. Nyu-Yorkda bəzi metro stansiyalarının su altında qaldığı, Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında çoxsaylı reyslərin ləğv edildiyi bildirilir. Nyu-York meri Erik Adams güclü yağış və daşqın səbəbindən yerli vaxtla səhər saat 8:00-a qədər fövqəladə vəziyyət elan edib. Adams zirzəmidəki mənzillərin sakinlərinə daha yüksək yer axtarmaları barədə xəbərdarlıq…
Daha çox“Qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər”
“Biz qloballaşma dövründə yaşayırıq və sürət təsiri, rəqəmsal cəmiyyətin inkişafı, diqqətin yayındırıcı faktorları və süni intellekt bu prosesi daha da sürətləndirib. Belə bir şəraitdə ölkələrin və cəmiyyətlərin qarşısında duran ən mühüm vəzifə qloballaşma şəraitində öz identikliyini, milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlamaqdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər. Əgər milli kimliyimizi, özünəməxsusluğumuzu, adət-ənənələrimizi və dəyərlərimizi qorumasaq, bu əridici mühitdə yoxa çıxa bilərik. Buna görə də qloballaşmanın yalnız faydalarını deyil, yaratdığı təhdidləri də nəzərə almalıyıq: “Bu məqsədlə həm ailədə,…
Daha çoxBTC ilə ixrac üzvi xloridlər aşkarlandıqdan sonra fasiləsiz davam edir
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac əməliyyatları və Azərbaycan xam neftinin Ceyhan terminalına yüklənməsi bəzi xam neft partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra hazırda davam etdirilir. SİA -nın xəbərinə görə, “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “AnewZ” telekanalına bildirib. O, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına göndərilən xam neft partiyalarının bəzilərində üzvi xloridlərin izlərinin tapıldığını təsdiqləyib. Onun sözlərinə görə, “BTC Co” kəmər boyu bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirib. “Qiymətləndirmənin nəticələri Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlərin olduğunu təsdiqləyir. Bu çənlərin təcrid olunması üçün…
Daha çoxNaxçıvan yeni inkişaf dövründə
Dövlət başçısının Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramı”nda dəyişiklik edilib Bu gün dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvandan da yan ötməyib. Naxçıvan bu gün özünün tərəqqi dövrünü yaşayır. Qədim dövlətçilik tarixi olan Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın…
Daha çoxBaş prokuror Xətai rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha çox