Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirləri keçirilib

Kənd Təsərrfütaı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri Xankəndi şəhərində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparıb. SİA bu barədə AXA-ya istinadən xəbər verir. Məlumata görə, monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib: “Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də AXA-nın Bitki…

Daha çox

“Rusiya informasiya təxribatına əl atır”

“Son günlər Rusiya tərəfi tərəfindən yenidən əsassız və uydurma bir problemin gündəmə gətirilməsi fonunda Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunmaqdadır. Məlum məsələ ondan ibarətdir ki, Azərbaycana gətirilmiş Abuzovskiyə aid bir heykəl – hansı ki, Rusiya tərəfindən təqdim olunmuşdu – üzərində siyasi və mədəni manipulyasiya elementləri açıq şəkildə hiss olunur. Bu kimi halların əslində qarşılıqlı hörmət və diplomatik etiket prinsiplərinə uyğun həll edilməsi gözlənildiyi halda, məsələ informasiya şousuna çevrilmiş, mədəniyyət kontekstində süni gərginlik yaradılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Təəssüf doğuran məqamlardan biri…

Daha çox

73 yaşlı qadın ayı hücumuna məruz qalıb

Yaponiyanın Akita prefekturasında 73 yaşlı qadının ayı hücumuna məruz qalaraq başından və üzündən xəsarət aldığı bildirilir. SİA xarici KİV-ə istinadən verir ki, NHK dövlət televiziyası yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 73 yaşlı qadın Akita prefekturasında əlillər üçün qocalar evinin qarşısında huşsuz vəziyyətdə və qan içində tapılıb. Polis qocalar evinin müşahidə kamerasındakı görüntüləri araşdırıb və qadının ayının hücumuna məruz qaldığını müəyyən edib. Qocalar evinin sakini olduğu müəyyən edilən qadın müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Yaşlı qadının vəziyyəti, o cümlədən başından və üzündəki xəsarətlərlə bağlı hələlik heç bir məlumat verilməyib.…

Daha çox

ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiyada layihələrin hazırlığının artırılması və layihə idarəçiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində yeni regional texniki yardım üçün 1 milyon ABŞ dolları ayırmağı planlaşdırır. SİA ADB-yə istinadən xəbər verir ki, layihə regionun doqquz ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir və ADB tərəfindən maliyyələşdirilən layihələrin satınalma, hazırlanma və həyata keçirilməsi sahəsində institusional potensialın artırılmasına yönəlib. Bankın məlumatına görə, texniki yardım layihələrin hazırlanması və tətbiqinin əsas mərhələlərində dəstək məqsədilə icraçı orqanlara və onu həyata keçirən agentliklərə göstəriləcək. Xüsusi diqqət satınalma…

Daha çox

Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. SİA xəbər verir ki, nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir. Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı…

Daha çox

Bahar Muradova Qusarda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də Qusar rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya komitədən məlumat verilib. Bildirilib ki, qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər. Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Daha çox

SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib. SİA SOCAR-a istinadən xəbər verir ki, istiqraz sahiblərinin hesablarına 1 milyon 125 min ABŞ dolları köçürülüb və onların ümumi faiz gəlirləri 16,875 milyon dollara çatıb. Bu məbləğ yekunda 22,5 milyon ABŞ dolları təşkil edəcək. Növbəti kupon ödənişi noyabrın 1-də olacaq. SOCAR istiqrazları 9 ilə yaxındır ki, “Bakı Fond Birjası” QSC-də (BFB) ən çox ticarət olunan korporativ qiymətli kağızdır. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Bunlar,…

Daha çox

Tarixi zəfərə imza atan partiya

Azərbaycan çətin, ağır sınaqlardan keçsə də, nəhayət, böyük qələbələrə imza atmağı bacarıb. Çünki Azərbaycan xalqı mətin, mübarizə aparmağı bacaran xalqdır. Xüsusilə də Azərbaycan xalqı yaxşını pisdən seçməyi, ona böyük qələbələr, zəfərlər bəxş etmiş liderinə təşəkkürlər etməyi, siyasətini və ideyalarını yaşatmağı bacaran xalqdır. 1990-1993-cü illərdə Azərbaycanda ağır, üzücü cətinliklərin olduğu hər kəsə məlumdur. Ancaq xalq bu ağır, çətin dövrdə birləşməyə nail oldu. Bu birliyi, bərabərliyi, vəhdəti yaradan isə onun Dahi Lideri Heydər Əliyev idi. Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müxtəlif qruplara, mərkəzlərə bölünmüş xalqı bir bayraq altında toplaya…

Daha çox

Almaniya Ukraynaya iki yeni “Patriot” müdafiə sistemi göndərəcək

Almaniya Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi ABŞ-la əldə olunan razılaşmaya uyğun olaraq yaxın günlərdə Ukraynaya əlavə “Patriot” buraxılış sistemlərinin gətiriləcəyini açıqlayıb. Nazirlik əlavə edib ki, əlavə komponentlər yaxın iki-üç ay ərzində göndəriləcək.

Daha çox

Ukraynanın Bakıdakı səfirliyində Rusiyanın hücumunun qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiyanın cümə axşamına keçən gecə Kiyevə endirdiyi dron və raket zərbəsinin qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb. “31 nəfər həlak olub, 159 nəfər yaralanıb. Xilasetmə işləri davam edir”, – səfir bildirib. Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya hərbçiləri Kiyevə dron və ballistik raket zərbələri endiriblər. Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseyevski rayonları daha çox zərər çəkib.

Daha çox