“TV1” kanalı 1 yaşını qeyd edir

Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal – “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb. Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb. Cəmiyyətin gündəmində olan aktual mövzular “TV1”-in efirində peşəkar təqdimatı ilə seçilib. “TV1” kanalında müxtəlif proqramlarda çıxış edən ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimlər, ziyalılar, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri cəmiyyətin həyatındakı…

Daha çox

Azərbaycan sığortaçılarının I yarımildə fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. SİA xəbər verir ki, o, bunu “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Görüşdə bu ilin I yarısında sektorun fəaliyyət göstəricilərii nkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub”, – deyə o qeyd edib.

Daha çox

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət veriləcək. SİA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişiklik Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur. Belə ki, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra…

Daha çox

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 837,9 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,3 %-i qədər olub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 123,6 milyon manatı (5 milyard 366,8 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 714,3 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb. Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,7 %-ni sabit, 41,3 %-ni dəyişkən faiz…

Daha çox

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı…

Daha çox

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 17 milyard 177,4 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 150,6 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i 2 və 3 illik, 30,1 %-i isə 5 il və daha artıq müddətli olub. İyunun sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 il təşkil edib. Yarımil…

Daha çox

XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir. XİN-dən SİA-ya verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər. Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir. Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.

Daha çox

“İqtisadi siyasət hazırlanarkən yalnız makroiqtisadi göstəricilər deyil,…”

“İqtisadi sabitlik pozulduqda insanların gündəlik xərcləmə vərdişləri də dəyişməyə başlayır. İlk növbədə, ailə büdcələrində prioritetlər yenidən qurulur. Əhali mədəni tədbirlər, əyləncə, kitab alışları, kinoya və teatra getmək kimi xərcləri “ikincili” hesab edərək bu sahələrə ayırdığı maliyyəni azaldır və əsas diqqəti ərzaq, kommunal xidmətlər, tibbi xidmətlər və digər zəruri sahələrə yönəldir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, bu dəyişiklik sadəcə fərdi həyat tərzinin yox, ümumilikdə cəmiyyətin mədəni səviyyəsinin və yaradıcılıq potensialının zəifləməsinə səbəb olur. İnsanların mədəni tədbirlərdən uzaq düşməsi sosial izolyasiyanı artırır, ictimai dialoqu zəiflədir…

Daha çox

İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram”.

Daha çox