Türkiyədə mədən çöküb, fəhlələr dağıntı altında qalıb

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib. SİA xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır. Məlumata görə, Elazığın Alacakaya rayonunda baş verən olay yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Daha çox

Qaradağda “Qarabağa qayıdış prosesində informasiyanın rolu” adlı tədbir keçirilib

31 iyul 2025-ci ildə YAP Qaradağ rayon təşkilatının və “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiyanın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, “Qarabağa qayıdış prosesində informasiyanın rolu” layihəsinin rəhbəri Zamin Zeynal, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Firudin Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, şair-publisist, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan Vəkillər Kollegiyasının…

Daha çox

Bakının Məmməd Araz küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-da qədər Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Daha çox

“TASS-ın addımı Rusiya mətbuatının hansı tərəfdə dayandığını göstərən açıq siqnaldır”

“Rusiyanın rəsmi informasiya agentliyi TASS-ın “Stepanakert” ifadəsini silib onun yerinə “Naqornıy Karabax” yazması ilk baxışda neytral bir düzəliş kimi görünsə də, əslində bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı ziddiyyətli və manipulyativ yanaşmanın tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, belə ifadə dəyişikliyi sırf terminoloji deyil, siyasi məqsəd daşıyır və beynəlxalq ictimai rəyə təsir etmək üçün planlı şəkildə edilir: “Hazırda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi Azərbaycanda mövcud deyil. Bu termin yalnız keçmiş münaqişə dövrünün və Sovet mirasının bir qalığıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində…

Daha çox

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. SİA Palataya istinadən xəbər verir ki, iclasda İclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müvafiq tədbirlər görməsi barədə qərar qəbul olunub. Kollegiya iclasında, həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.

Daha çox

Azərbaycan dilinin qorunması hər kəsin borcudur

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin tarixi sənədi latın qrafi­kalı Azərbaycan əlifbasına keçidin ölkə­mizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadə­nin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixin­də mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin…

Daha çox

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX), Azərbaycan Mərkəzi Bankı (AMB) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumat bazaları arasında elektron mübadilə məqsədi daşıyan texniki imkanın yaradılması istiqamətində iş aparılır. SİA DVX-ya istinadən xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva “Biznesə daxilolma” İşçi qrupunun iclasında bildirib. Onun sözlərinə görə, məqsəd fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanlarının verdiyi sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunmasıdır. Vergi rəsmisi qeyd edib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən…

Daha çox

Kazino turizmin inkişafına yeni imkanlar yarada bilər

“Sea Breeze” kimi dünya miqyaslı möhtəşəm istirahət mərkəzində kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olardı Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi, sosial əlaqələrini genişləndirib. Bu baxımdan demək olar ki, bu gün dünyanın əksər ölkələri ilə iqtisadi-ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir. Qurulan və həyata keçirilən əlaqələrin inkişafında turizm sahəsində görülən işlər müsbət qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, dünyada bəzi ölkələrində turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən hesab olunur. Daha doğrusu, iqtisadi sferada turizmin payı hər zaman yüksək dəyərləndirilir. Elə ölkələri…

Daha çox

Kanadada hava limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb

Kanadanın paytaxtı Ottavada hava limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğradığı bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “CBC News” xəbər verir ki, qəza yerli vaxtla saat 18:00 radələrində baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib, lakin təyyarədə olanların sayı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Ottava polisi bildirib ki, hava limanı yaxınlığında baş verən qəzaya görə bir neçə yol bağlanıb. Yerli sakin tərəfindən paylaşılan fotoda təyyarənin ağaclara ilişdiyi görünür.

Daha çox