“Son illərdə ixtisas və ixtisaslaşma üzrə əmək bazarındakı tələb və təklif arasında ciddi disbalans müşahidə olunur. Bu isə həm işəgötürənlərlə iş axtaranlar arasında əlaqəni çətinləşdirir, həm də gənclərin gələcək üçün planlarını sual altına salır”. Bunu repetitor müəllim Səbuhi Kamal SİA-ya açıqlamasında əmək bazarındakı real problemlərdən danışarkən deyib. “Əmək bazarında iş yerlərinin az olması, eyni zamanda əmək haqlarının yetərincə yüksək olmaması işçi qüvvəsinin motivasiyasını zəiflədir. Bununla yanaşı, işəgötürənlər də kifayət qədər ixtisaslı kadr tapmaqda çətinlik çəkirlər. Ən ciddi səbəblərdən biri kompüter və dil biliklərinin zəif olmasıdır. Təəssüf ki, bir çox gənclər…
Daha çoxDay: August 1, 2025
“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun Azərbaycan…
Daha çoxMehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.
Daha çoxÇəkisi 44 qram olan yeni çubuqlu həşərat növü aşkar edilib
Avstraliyada uzunluğu təqribən 40 santimetr, çəkisi 44 qram olan “Acrophylla alta” adlı yeni çubuqlu həşərat növü tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “ABC News” yeni bir çubuq böcək növünün kəşf edildiyini bildirib. Müvafiq olaraq, Kvinslendin şimal hissələrində təxminən 40 santimetr uzunluğunda və 44 qram ağırlığında “Acrophylla alta” adlı yeni bir çubuqlu həşərat növü tapılıb. Növü kəşf edənlərdən biri olan Angus Emmott, sosial mediada paylaşılan bir fotoşəkil əsasında növün axtarışına başladıqlarını bildirib. Emmott, yumurtalarını araşdırdıqdan sonra növün yeni olduğuna əmin olduqlarını diqqətə çatdıraraq yumurtaların fərqli xüsusiyyətlərə malik olduğunu qeyd…
Daha çoxKazino turizmin inkişafına yeni imkanlar yarada bilər
“Sea Breeze” kimi dünya miqyaslı möhtəşəm istirahət mərkəzində kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olardı Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi, sosial əlaqələrini genişləndirib. Bu baxımdan demək olar ki, bu gün dünyanın əksər ölkələri ilə iqtisadi-ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir. Qurulan və həyata keçirilən əlaqələrin inkişafında turizm sahəsində görülən işlər müsbət qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, dünyada bəzi ölkələrində turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən hesab olunur. Daha doğrusu iqtisadi sferada turizmin payı hər zaman yüksək dəyərləndirilir. Elə ölkələr…
Daha çoxAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,94 ABŞ dolları, yaxud 1,27 % azalaraq 72,7 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 72,70 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları və yaxud 1,4 % azalaraq 71,3 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxBakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayb. Hal-hazırda yollardakı vəziyyət: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxUitkoff Rusiyaya gedir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib. “Bəli, o, İsrailə, sonra Rusiyaya gedəcək”, – Amerika lideri deyib. Ziyarət ABŞ-nin Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir. Qeyd edək ki, Uitkoff sonuncu dəfə aprel ayında Moskvada olub.
Daha çoxAvqustun 1-nə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi…
Daha çoxDİQQƏT: Bu ərazilərdə işıq olmayacaq
DİQQƏT: Bu ərazilərdə işıq olmayacaq
Daha çox