Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Ukrayna dövlətinin tərkibində rus dilinin və pravoslav konfessiyaların mövcudluğu üçün əlverişli mühitin yaradılmasının zəruriliyinə diqqət çəkib.
O, jurnalistlərə bildirib ki, humanitar aspektlər, xüsusən də rus dilinin mövqeyi, eləcə də Ukrayna ərazisində pravoslav, xristian kilsəsinin müstəqilliyi və tərəqqisi hərtərəfli nəzərdən keçirilməsini tələb edir.
Onun fikrincə, bu amillərin birləşməsi uzunmüddətli və qeyri-məhdud sülhün əsasını təşkil etməlidir.
SİA-nın məlumatına görə, cümə günü Valaamda Putin və Lukaşenko arasında qeyri-rəsmi görüş baş tutub.
Qeyd edək ki, Rusiya və Belarus liderləri ənənəvi olaraq yayda Valaamı ziyarət edirlər ki, bu da artıq adi təcrübəyə çevrilib.
Xüsusilə, belə səfərlər 2019, 2023 və 2024-cü ilin iyulunda baş tutub. Bundan əvvəl Putin “Oreşnik” raket komplekslərinin seriyalı istehsalına başlanıldığını elan edib. Rusiya ordusunun bir həftə ərzində 7 yaşayış məntəqəsini azad etdiyi də bildirilib.
Əli Babayev