ABŞ Cənubi Koreya ilə ticarət müqaviləsi imzalayıb. Seul üçün gömrük tarifləri 15 faiz olacaq.
SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social nəşrində məlumat verib.
…Amerika Birləşmiş Ştatlarının Koreya Respublikası ilə tam və hərtərəfli ticarət sazişi ilə razılaşdığını elan etməkdən məmnunam.
Bunu deyən ABŞ prezidentinin sözlərinə görə, saziş Cənubi Koreyanın ABŞ-a 350 milyard dollar sərmayə qoymasını və 100 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji məhsulları almasını nəzərdə tutur.
Seul da əhəmiyyətli miqdarda pul yatırmağa razılaşıb. Məbləğ Cənubi Koreya prezidenti Li Jae-Myunq ikitərəfli görüş üçün Ağ Evə gələndə yaxın iki həftə ərzində açıqlanacaq.
…Həmçinin, Cənubi Koreyanın ABŞ-la ticarətə tam açıq olacağı və Amerika mallarını, o cümlədən avtomobil və yük maşınlarını, kənd təsərrüfatı məhsulları və bu kimi malları qəbul edəcəyi razılaşdırılıb. Cənubi Koreya üçün 15 faiz rüsum haqqında razılığa gəldik. Amerika tariflərə tabe olmayacaq.
Bunu Tramp əlavə edib.
Əli Babayev