Vulkan 9 km hündürlüyə kül atıb

Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib. “Klyuçevskoy vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, – məlumatda deyilir. Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub. Qeyd edək ki, Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları, yaxud 1,82 % azalaraq 71,37 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 71,39 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları və yaxud 1,89 % azalaraq 69,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Bu bölgədə 5 vulkanda aktivlik qeydə alınıb

Hazırda Kamçatkada beş vulkan aktivdir və onlara yaxınlaşmaq tövsiyə edilmir. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Alimlərin fikrincə, Şiveluç və Klyuçevskoy vulkanlarında aktivlik iyulun 30-da baş verən güclü zəlzələdən sonra artmağa başlayıb. Qeyd olunub ki, dəniz səviyyəsindən 10 km yüksəkliyə qədər kül emissiyalarının qalxması mümkündür.

Daha çox

Tokayev Türkmənistana səfər edəcək

Avqustun 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkmənistana işgüzar səfər edəcək. SİA-nın Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidenti Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək. Forum Türkmənistanın Avaza kurort kəndində keçiriləcək. Konfransda dənizə birbaşa çıxışı olmayan dövlətlər üçün regional əməkdaşlıq, davamlı inkişaf və nəqliyyat əlaqəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Daha çox

İnsan toxumalarının analizi yaşlanmaya ən həssas orqanı müəyyən edib

Elmi ədəbiyyatdan məlumdur ki, insan orqanizmində yaşlanma bərabər şəkildə baş vermir. Çin Xalq Respublikasından olan geniştərkibli genetik və tibb mütəxəssislərindən ibarət qrup bu sahəyə yeni töhfə verib. Onlar insan orqanizminin müxtəlif hissələrini olan damarlar, ürək və digər daxili orqanlardan tutmuş, dəri, əzələlər və qanadək əhatə edən 13 növ toxumadan 516 nümunə üzərində kompleks proteom və histoloji analiz aparıblar. Bu nümunələr yaşları 14-dən 68-ə qədər olan və qəzalar nəticəsində kəllə-beyin travmalarından vəfat etmiş 76 çinlidən götürülüb. SİA xəbər verir ki, tədqiqatın nəticələri “Cell” jurnalında dərc olunub. Tədqiqatçılar hər bir nümunədəki zülal…

Daha çox

Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb

Mərkəzi Asiya ölkələrinin ekologiya nazirləri 2026-cı ildə keçiriləcək Regional Ekoloji Sammitə hazırlıq çərçivəsində Aktau şəhərində görüş keçiriblər. SİA Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev videomüraciətlə çıxış edib. İclas zamanı 2026-cı ildə keçiriləcək Regional Ekoloji Sammitin yenilənmiş Konsepsiyası təqdim olunub və müzakirə edilib, həmçinin Mərkəzi Asiya dövlət başçılarının ekologiya və dayanıqlı inkişaf sahəsində regional əməkdaşlıqla bağlı Birgə Bəyanat layihəsi nəzərdən keçirilib. Tədbir iştirakçıları təkliflər irəli sürüb və gələcək birgə fəaliyyətə dair yanaşmaları razılaşdırıblar.

Daha çox

İspaniyada məlumat sızdırmaqda ittiham olunan baş prokurorun istefası tələb edilir

İspaniya Prokurorluq Assosiasiyaları müxalifət liderinin həmkarı ilə bağlı işdən məxfi məlumatları sızdırmaqda ittiham olunan baş prokuror Alvaro Qarsiya Ortisi istefa verməyə çağırır. SİA xəbər verir ki, 2022-ci ilin avqustundan prokurorluğa rəhbərlik edən Qarsiya Ortis iş adamı Alberto Qonsales Amadorla bağlı aparılan istintaq materiallarından elektron yazışmanı jurnalistlərə ötürməsinə görə, iyunun əvvəlindən istintaqa cəlb olunub. Amador vergidən yayınmada və sənədləri saxtalaşdırmaqda şübhəli bilinir. “Qarsiya Ortis baş prokuror kimi deyil, sadə vətəndaş kimi özünü müdafiə etmək üçün istefa verməlidir. Onun vəzifədə qalması prokurorluğa ciddi zərbə vurur”, – deyə Prokurorlar Assosiasiyasının prezidenti Kristina Dekseyus…

Daha çox