NI ABŞ-ı Ukraynadakı münaqişəni həll etməyə çağırır…


ABŞ Ukraynadakı münaqişəyə son qoymağa çalışmalı və bu sahədə Çinin dominantlığından asılılığı azaltmaq üçün nadir torpaq ehtiyatlarının birgə işlənməsinə dair Rusiya ilə saziş bağlamalıdır.

SİA xəbər verir ki, Amerika nəşrinin köşə yazarı Rusiyanı dünyanın ən gəlirli nadir torpaq yataqlarına malik “resurs supergücü” adlandırır.

Bu çağırış Çinin 2025-ci ilin aprelində yeddi növ orta və ağır nadir torpaq elementləri ilə əlaqəli mallara ixrac nəzarəti tətbiq etməsi fonunda edilir.

Bunu National Interest yazır.

Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə bu yaxınlarda keçirdiyi görüşdə Ukraynada uzunmüddətli və davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

Nəşr qeyd edir ki, nadir torpaq metallarının işlənməsi üzrə Rusiya ilə əməkdaşlıq həm münaqişənin həllinə, həm də ABŞ-ın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək qarşılıqlı faydalı həll yolu ola bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər